“AZƏRBAYCAN TƏBİƏTİ” ADLI FOTOSƏRGİNİN AÇILIŞI OLMUŞDUR
Bakı, 19 may (AZƏRTAC). Mayın 19-da “Abşeron” Rəsm Qalereyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Azərbaycan təbiəti” adlı fotosərginin açılışı olmuşdur.
Tədbirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov və qalereyanın direktoru Eldəniz İbrahimov çıxış edərək, tədbirin mahiyyətindən, Azərbaycanın zəngin təbiətindən söhbət açmışlar.
Sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər.
Sərgidə 16 müəllifin 60 foto əsəri nümayiş olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd gənclərin Azərbaycanın təbiəti ilə yaxından tanış olmaları, yaradıcı gənclərin istedadlarının üzə çıxarılmasından ibarətdir.
Sərgi mayın 22-nə kimi davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]