ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhəri, Sabunçu rayonu məktəbliləri üçün onlayn “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə AzTU-nun əməkdaşları, Sabunçu rayon məktəblərinin (4, 68, 69, 74, 75, 81, 107, 128, 155, 187, 188, 209, 255, 295, 296 və 309 nömrəli) müəllimləri, XI sinif şagirdləri və onların valideynləri iştirak edib.
Görüşdə AzTU-da təhsilin səviyyəsi, tədris olunan dillər, fakültələr, ixtisaslar, karyera imkanları, xaricdə təhsil, ikili diplom proqramları və digər məlumatlar məktəblilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, onlayn “Açıq qapı” günləri Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.