Azərbaycan triatlonçusu Avropa kuboku yarışlarının gümüş medalını qazanıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında ikinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.
AZƏRTAC xəbər verir ki, R.Pevtsov yarışın 750 kilometrlik su mərhələsini 9 dəqiqə 56 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 30 dəqiqə saat 2 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçış yarışlarında isə R.Pevtsov 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə 12 saniyə vaxt göstəricisi ilə ikinci yerə layiq görülüb.
Turnirdə 73 idmançı mübarizə aparıb. Yarışın qalibi britaniyali Barklay İzzard olub.
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 5 dəqiqə 54 saniyəlik nəticə ilə 12-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]