Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir

Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakından sonra Qırğızıstana rəsmi səfəri, onun ardınca Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri ölkəmizin dünyada böyük nüfuzuna, Asiya ilə Avropa, Şərqlə Qərb arasında körpü rolunun güclənməsinə, dünyada dialoqun inkişafına, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfələrinin artmasına bir daha aydınlıq gətirdi. Ölkə Prezidentinin Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, o cümlədən dünya siyasətində yeniliklərə yol açmasına işıq saldı.

Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin son səfərləri bunu bir daha təsdiqlədi. Avropa ailəsinin Azərbaycanı, Prezident İlham Əliyevi yeni yaradılan siyasi platformanın Zirvə Toplantısında görmək istəyi, müzakirə olunan məsələlərdə ölkəmizin mövqeyinə verdiyi önəm sözümüzün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir. Onları birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev daim türk dünyasının birliyinə çalışaraq Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına çağırışlar edir. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva edərək türkdilli dövlətlərin postmünaqişə dövründə də birliyi məsələsini daha da aktuallaşdırdı. Son vaxtlarda dövlət başçısı İlham Əliyevin reallaşdırdığı səfərlərə, keçirilən tədbirlərdə çıxışlarına, görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirsək bütün bunların tarixi Zəfərimizdən sonra qarşıda dayanan vəzifələrə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbuluna həsr olunduğunu görərik. Ümumilikdə dövlətimizin başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri çərçivəsində imzalanan sənədlərin xronologiyasına, eyni zamanda, atılan addımlara diqqət yetirsək bu gün iki ölkə arasında strateji münasibətlərin bütün sahələri əhatə etdiyini görərik. Bu mühüm məqamı da qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdır. Ölkə Prezidenti İlham Əliyevin səfəri zamanı Bişkekdə iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirildi. Qırğızıstan Prezidenti Sadır Japarov bu səfərə ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verdiklərini önə çəkərək qeyd etdi ki, qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi dayanır. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir”,- söyləyən Prezident İlham Əliyev diqqəti gələn ay Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə yönəldərək qeyd etdi ki, bu, həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

YAP Xətai rayon təşkilatının sədri Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışından geniş bəhs edərək bildirdi ki, bu, iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda gözlə görünən parlaq sübutudur. Bu dostluğun, qardaşlığın bariz nümunəsi kimi, Qırğızıstanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbin, həmçinin Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışını qeyd edə bilərik. Bu açılışlar ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa əsaslanır. Səfər çərçivəsində Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətinin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında “Azərbaycan- Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalandı. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılmasına və genişləndirilməsinə stimul verəcək. Qırğızıstan Prezidenti xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək ona Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzuladı.

“Dövlətimizin başçısı İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı və Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışlarında artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin davam etdiyi 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi. Azərbaycanın bütün sahələrdə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı.

Hər bir toplantı münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq göründüyü kimi, türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır. Bu reallığın formalaşdırılması üçün əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Postmünaqişə dövrünün yeni reallıqları, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək, əməkdaşlığa yeni nəfəs gətirəcək. Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Azərbaycan, Qırğızıstan və Qazaxıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsini şərtləndirir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə