Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir –  RƏY

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü iki dost, qardaş, müttəfiq ölkənin birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır. İmzalanan sənədlər bu çağırışların, hədəflərin mahiyyətinə işıq salır. Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı olan tarixi Zəfərimizdən bu günədək iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatlarının münasibətlərimizin dünəninə, bu gününə və qarşıdakı hədəflərə işıq saldığını vurğulayan deputat qeyd edib: “Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycanın yanında olduğunu, bu gün də bu birliyin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapdığını qeyd etdi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açan Şuşa Bəyannaməsindən bəhs edildi və vurğulandı ki, müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Dövlətimizin başçısı, həmçinin diqqəti sentyabrın 19-da Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror tədbirlərinə yönəldərək qeyd etdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır”.

Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini xatırladan M.Həsənov deyib ki, məhz iki dövlət başçısının siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Deputat səfər çərçivəsində təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərini də bunun bariz nümunəsi kimi qiymətləndirib. “Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda TANAP-ın istifadəyə verilməsi, ümumilikdə Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması Qafqazdan Avropayadək uzanan enerji yolunun təqdimatlarıdır: “Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu da istifadəyə verildi. Səfər zamanı keçirilən görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu hədəfi də açıqladı ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”, - deyə o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir. Bu birlik, həmrəylik regionda sabitliyin, sülhün və təhlükəsizliyin qarantıdır. İki qardaş ölkənin əsas hədəfi budur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Səfər zamanı imzalanan Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

Dünyaya qardaşlığın, müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayan M.Həsənov əlavə edib ki, iki dost ölkənin Prezidentlərinin şəxsi münasibətləri bu əlaqələri daha da möhkəmləndirir, sarsılmaz edir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri ümumilikdə Türk dünyasının birliyinə böyük töhfədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib