Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı möhkəmlənir

Ankara, 10 iyul (AZƏRTAC). Dünyanın mötəbər siyasi analitiklərinin planetimizin ən mürəkkəb geopolitik məkanlarından biri olan Cənubi Qafqazla bağlı son təhlillərində iki regional güc - Türkiyə və Azərbaycanın getdikcə artan nüfuzuna geniş yer verilir.

Tarix, dil, din və mədəni əlaqələri bənzərsiz olan ölkələrimizin strateji tərəfdaşlığı getdikcə güclənir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının ehtiva etdiyi dörd prioritet məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ölkənin enerji resursları, Qərblə sıx əlaqələr və Avratlantik təhlükəsizlik strukturlarına inteqrasiya, İslam mədəniyyəti, türkdilli dövlətlər və beynəlxalq transmilli təşkilatlarla əməkdaşlıq istiqamətində qətiyyətli addımlar atan rəsmi Bakı ölkəni regionun lider dövlətinə çevirə bilmişdir. Məsələyə Türkiyə ilə əlaqələr prizmasından baxdıqda bütün bu nailiyyətlərdə rəsmi Bakı ilə Ankara arasında strateji tərəfdaşlığın getdikdə möhkəmlənməsi mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Türkiyənin güclü dəstəyi davam edir. Türkiyə Prezidenti Abdullah Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatlarında Ermənistandan işğal etdiyi torpaqların azad olunması tələb edilir. Bu tələblər yerinə yetirilməyənə qədər sərhədlərin açılmayacağı bildirilir, münaqişənin həlli üzrə vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi tənqid olunur.

Qondarma “erməni soyqırımı” iddiaları və bəzi Qərb ölkələrinin bunu siyasi alətə çevirmələrinə qarşı mübarizədə də Ankara və Bakının, habelə diaspor təşkilatlarının əməkdaşlığı möhkəmlənmişdir. Ermənistanın Sürix protokollarına və öz havadarlarına güvənərək Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarlaşdırmaq və Azərbaycanı təkləmək siyasəti də iflasa uğramışdır. Bədnam qonşularımızın atəşkəsi pozduğu, sərhəd rayonlarında gərginliyin artdığı bir şəraitdə Türkiyə Silahlı Qüvvələri komandanlarının Bakıya səfərlərini də qardaş ölkənin güclü dəstəyinin bir təzahürü kimi qiymətləndirmək olar.

Türkiyə və Azərbaycan Qərb ölkələri ilə əlaqələrin, habelə Avratlantik təhlükəsizlik strukturlarına inteqrasiyanın möhkəmləndirilməsində də sıx əməkdaşlıq edirlər. Cari ilin may ayında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdullah Gülün ABŞ-ın Çikaqo şəhərində və iyunun 29-da İstanbuldakı NATO sammitlərindəki iştirakları, keçirdikləri görüşlər zamanı tərəfdaşlığın perspektivləri də müzakirə olunmuşdur. Azərbaycan Prezidenti Şimali Atlantika Alyansının mənzil-qərargahında keçirdiyi görüşlərdə Bakının Əfqanıstan milli ordusunun maliyyələşdirilməsi üçün yaradılmış fondun işinin təşkilində iştirak etmək niyyətində olduğunu bildirmiş, əməkdaşlığın konkret istiqamətləri sırasında bölgəyə Azərbaycan hərbçilərinin göndərilməsini, İSAF qüvvələri üçün yüklərin daşınmasında öz hava məkanından istifadəyə icazə verilməsini, Əfqanıstan üçün kadrların, əsasən diplomatların hazırlanmasını qeyd etmişdir.

Mənsub olduğumuz İslam mədəni irsinin tanıdılması və mənimsənilməsində də Azərbaycan ilə Türkiyənin geniş əməkdaşlığı mövcuddur. Bu əlaqələr İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İSESCO çərçivəsində uğurla davam edir. Prezident İlham Əliyevin İSESCO-nun 30 illik yubileyi münasibətilə xatirə medalı ilə təltif edilməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri kimi İslam mədəniyyətinin təbliğinə verdiyi böyük töhfələr Türkiyədə təqdirlə qarşılanmışdır. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu həmin təşkilatların Türkiyədə keçirilən toplantılarında ölkəmizin bu sahədə rolunu dəfələrlə vurğulamışlar. Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı da İSESCO-nun mənzil-qərargahında Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan və Türkiyənin Rabatdakı səfirlikləri bu dəhşətli insanlıq faciəsinin anılması üçün bir araya gəlmişlər.

Türkdilli ölkələrin inteqrasiyasında ən fəal rol oynayan Türkiyə və Azərbaycan son illər mühüm nəticələr əldə etmişlər. Əməkdaşlığın siyasi qanadı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Türkdilli Ölkələrin Parlament Assambleyası, mədəni istiqaməti isə TÜRKSOY vasitəsilə həyata keçirilir. Bu əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul etmiş, martın 9-da imzaladığı sərəncamla TÜRKSOY-un baş katibi Düsen Kaseinovu “Dostluq” ordeni ilə təltif etmişdir.

Bütün bunlarla yanaşı, Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı, ölkələrimizin regionda güc mərkəzlərinə çevrilməsi həyata keçirilən birgə enerji və kommunikasiya layihələri, iqtisadi əməkdaşlıq zəminində baş verir. London Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırmalarında Türkiyə və Azərbaycanın regional gücə çevrilməsinin təməl səbəbi dünyada davam edən və getdikcə dərinləşən iqtisadi böhrana rəğmən bu iki ölkədə davam edən inkişaf kimi göstərilir. Azərbaycanda son beş ildə iqtisadiyyatda orta hesabla illik 10 faiz yüksəliş, hətta ümumi daxili məhsulun 2006-cı ildə 26 faizə çatan rekord artımı ölkəmizi regionun lokomotivinə çevirmişdir.

ABŞ-ın Tufts Universitetinin professoru Cefri Qreş Azərbaycanın regional gücə çevrilməsini neorealist paradiqma kontektində Qərbyönlü siyasət və iqtisadi inkişaf zəminində araşdırmışdır. “Soyuq müharibə”dən sonra başlanmış və davam edən “Yeni böyük oyun” siyasəti fonunda Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyətinin artmasına işarə edən amerikalı politoloq hesab edir ki, Bakının karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üzrə məqsədyönlü siyasəti dünyanın enerji təhlükəsizliyində yeni rəqabətin əsasını qoymuşdur.

Bakı və Ankaranın ikitərəfli iqtisadi əməkdaşlıq və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin tərəqqisini şərtləndirən amillərdəndir. Təkcə cari ilin 6 ayı ərzində Türkiyədən Azərbaycana mal və məhsulların ixracatı 1 milyard 235 min 729 dollar təşkil etmişdir. 2011-ci ilin müvafiq dövründə bu rəqəm 1 milyard 25 milyon dollar olmuşdur. May ayında Türkiyədən Azərbaycana 220 milyon 884 min dollar, iyun ayında isə 210 milyon 451 min dollar həcmində mal ixrac olunmuşdur. Son ildə ölkələrimiz arasında ticarətin həcmi 3 milyard dollara çatdırılmışdır. Hazırda Azərbaycanda mindən çox türk, Türkiyədə minə yaxın Azərbaycan-Türkiyə müştərək şirkəti fəaliyyət göstərir. 2020-ci ilədək şirkətlərimizin Türkiyə iqtisadiyyatına yatıracağı sərmayənin həcmi 20 milyard dollara çatacaqdır ki, bunun da 15 milyard dolları ARDNŞ-in payına düşəcəkdir.

Hazırda Azərbaycanın qardaş ölkəyə yatırdığı sərmayənin məbləği 4,5 milyard dollar təşkil edir. Bakı-Tbilisi-Ceyhan xam neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələrdən sonra bu il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırmışdır.

Türkiyə və Azərbaycan gələcəyə nikbin baxışı olan, konkret layihələrlə tərəfdaşlığı gündən-günə möhkəmləndirən iki regional güc mərkəzi kimi yollarına davam edirlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib