Azərbaycan universitetlərinə virtual infotur təşkil olunacaq
Bakı, 1 iyun, AZƏRTAC
Sabunçu Gənclər evi bir ay ərzində Azərbaycan universitetlərinə virtual infotur təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, infoturun məqsədi iştirakçıların ixtisas və universitet seçimlərini düzgün etmələrinə, onların daxil olmaq istədikləri ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər, tələbələr üçün yaradılan şərait və imkanlar barədə ətraflı məlumatlandırılmasına töhfə verməkdir.
Azərbaycan universitetlərinə virtual infotur iyunun 1-dən 30-dək Sabunçu Gənclər Evinin “Facebook” səhifəsində (https://www.facebook.com/sabunchu.ge/) canlı yayımlanacaq.