Azərbaycan və Çexiyanın enerji tənzimləyici qurumları arasında görüş keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Çexiyanın Enerji Tənzimləmə Qurumunun (ERO) nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən görüşdə hər iki qurumun fəaliyyət istiqamətlərinə dair məlumat verilib, eyni zamanda tənzimlənən sahədə aparılan monitorinqlər, istilik təchizatında mövcud tarif mexanizmləri və bazar modeli ilə bağlı Çexiya təcrübəsi AERA mütəxəssisləri ilə bölüşülüb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.