Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
Oktyabrın 15-də Azərbaycan Respublikası və Fələstin Dövləti Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşündə imzalanıb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında E.Məmmədyarov sənədə əsasən məsləhətləşmələrin ildə bir dəfə Bakıda, bir dəfə Ramallada keçiriləcəyini deyib.
E.Məmmədyarov görüşdə Azərbaycan ilə Fələstin arasında sosial sahədə, xüsusilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib.
Nazir Azərbaycanın Fələstinə humanitar yardımının və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyinin bundan sonra da davam etdiriləcəyin söyləyib.
Riyad əl-Maliki Fələstinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, azərbaycanlı həmkarı ilə görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlindiyini söyləyib.
Nazir Fələstinə göstərdiyi humanitar yardıma və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 07.08.2026 [10:10]
Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək
- 07.08.2026 [07:43]
Avropada istidən 25 mindən çox insan ölüb
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [18:17]
Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]