AZƏRBAYCAN VƏ FRANSA AQRARÇILARININ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İrşad Əliyev qonağı səmimi salamladıqdan sonra Fransa və Azərbaycan aqrarçılarının kənd təsərrüfatı məhsullarının emalı, xüsusilə üzümçülük və şərabçılıq sahəsindəki əməkdaşlığından razı qaldığını bildirmişdir. O, qeyd etmişdir ki, fransız mütəxəssisləri ilə Quba aqrar elm mərkəzi əməkdaşlarının əlbir fəaliyyəti nəticəsində 20 minə yaxın virussuz calaqaltı ting yetişdirilmişdir. Baytarlıq sahəsində də əlaqələr genişlənir.
İ.Əliyev məlumat vermişdir ki, genetik ehtiyatları qoruyub saxlamaq məqsədi ilə nazirliyin Elmi Tədqiqat Üzümçülük İnstitutunun bazasında 300-dən artıq üzüm sortunu, o cümlədən Fransa üzüm sortlarını əhatə edən eksperimental bağ salınmışdır. “Tovuz-Baltiya” Ltd şirkəti dost ölkədən gətirilmiş üzüm sortları hesabına bağ salmışdır. Yeri gəlmişkən, bu şirkətin istehsal etdiyi konyak və “Bakı-Ceyhan” şərabının qabları Fransada hazırlanır. Fransanın təşkil etdiyi sərgilərdə Azərbaycan mütəxəssisləri də iştirak edirlər.
Xanım Şantal Puare fransız mütəxəssislərinin Quba aqrar elm mərkəzi ilə əlaqələrindən məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, bu yaxınlarda Qubadan iki mütəxəssisin Fransaya göndərilməsi, bağlar diyarına damcı üsulu ilə suvarma avadanlığı, mini traktorların gətirilməsi, burada mini qablaşdırma sexinin yaradılması nəzərdə tutulmuşdur. O, respublikamızda üzümçülük və şərabçılığın gələcəyinə inandığını vurğulamış, şərab istehsalı sahəsində ölkəsi ilə Azərbaycanın əməkdaşlığını arzulamışdır.
Səfir məlumat vermişdir ki, bu il fransız baytar mütəxəssislərinin Azərbaycana səfərləri gözlənilir. Həmin səfərlər çərçivəsində seroloji tədqiqatların, peyvənd, bruselyoza qarşı mübarizə işinin yaxşılaşdırılması, laborator-soyuducu qurğuların və bioloji preparatların gətirilməsi, texnikanın alınması məsələləri, heyvanların uçotunun təşkili, sürülərin müşahidəsi xidmətinin yaradılması müzakirə olunacaqdır.
İrşad Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında böyük rol oynayacağını vurğulamış, kənd əməkçilərinin maliyyə çətinliklərindən söz açmış, bu sahədə bir sıra layihələrin olduğunu xatırlatmışdır. Sahibkarlar üçün yaradılmış 100 milyard manatlıq fondun azlığını qeyd edən İ. Əliyev “Mən əminəm ki, dövlətimiz kənd təsərrüfatı məhsulları istehsalçılarını darda qoymayacaqdır”,- deyə bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [19:09]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [18:54]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [18:45]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [18:41]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:20]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:16]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [18:15]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:57]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:54]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:53]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [17:46]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:39]
Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH
- 01.10.2026 [17:37]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [17:32]
“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
- 01.10.2026 [17:26]