Azərbaycan və “Huawei” əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini dəyərləndirib
Bakı, 10 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.