Azərbaycan və İpək Yolu Fondu arasında yeni investisiya fondu yaradıla bilər
Bakı, 31 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, iki ölkə arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi qeyd edilib.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar və yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib. Qeyri-neft-qaz sektoru, texnologiya transferi və dayanıqlı inkişaf, xüsusilə innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üzrə təşəbbüslər, o cümlədən Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması ətrafında fikir mübadiləsi aparıblar. Sənaye, enerji, maliyyə və digər prioritet sahələrdə investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]