Azərbaycan və Malayziya arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə və Malayziya Badminton Akademiyasının icraçı direktoru Mişel Çayı ilə görüşüb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, nazir Fərid Qayıbov qonaqlara ölkəmizdə idman sahəsində görülən işlər barədə məlumat verib.
Tərəflər iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və baş katib Ramil Hacıyev iştirak ediblər.