Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ MOLDOVA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Oktyabrın 26-da, təkbətək görüşdən sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Moldova Prezidenti Vladimir Voroninin geniş tərkibdə görüşü oldu.

Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV Moldova Prezidentinə və Moldova nümayəndə heyətinin üzvlərinə müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli dostlar!

Mən sizi bir daha salamlamaq və sizə “Xoş gəlmisiniz!” demək istərdim. Biz Moldova Prezidentinin Azərbaycana səfərinə böyük əhəmiyyət veririk. Xalqlarımız arasında həmişə çox səmimi münasibətlər olub, biz bir çox illər ərzində fəal əməkdaşlıq etmiş, görüşmüş, təcrübə mübadiləsi aparmışıq. Əlbəttə, çox mühümdür ki, Moldova və Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bu əlaqələri itirmədilər. Bu əlaqələr itirilmədi, əksinə, hətta deyərdim ki, indi əməkdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlir. Biz ikitərəfli formatda fəal əməkdşalıq edirik, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən ölkələrimizin fəal əməkdaşlıq etdikləri GUÖAM kimi təşkilatın üzvləriyik. İqtisadi əməkdaşlıq sahəsində yaxşı perspektivlər var.

Vladimir Nikolayeviç, bu gün biz Sizinlə ölkələrimizin iqtisadi təsərrüfatında işlərin vəziyyəti barədə məlumat mübadiləsi apardıq və məmnunluqla qeyd etdik ki, Moldovada da, Azərbaycanda da çox ciddi iqtisadi yüksəliş müşahidə olunur. Ölkələrimizin potensialı möhkəmləndikcə, səmərəli ikitərəfli iqtisadi əməkdaşlıq imkanları da artır. Ümidvarıq ki, Sizin səfəriniz və imzalanacaq sənədlər iqtisadi layihələrin tam həyata keçirilməsinə təkan verəcəkdir.

Əlbəttə, beynəlxalq qurumlara inteqrasiya proqramlarımız baxımından hər iki ölkə böyük uğurlar qazanmışdır. Lakin bizi birləşdirən problemlər də var. Təəssüf ki, ölkələrimizin ərazilərində təcavüzkar separatizm ünsürləri baş qaldırır və bu, həm regional əməkdaşlıq üçün, həm də regional təhlükəsizlik üçün böyük bəla və təhlükədir. Ümidvarıq ki, beynəlxalq hüquq normaları zəfər çalacaq və hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcəkdir.

Mənim üçün çox xoşdur ki, Siz böyük nümayəndə heyəti ilə gəlmisiniz və əminəm ki, nazirlərimiz də fəal əlaqə yaradacaq, əməkdaşlıq edəcək, görüşəcəklər. İndiki halda, prezidentlər onlara yaxşı nümunə göstərirlər. Biz Sizinlə MDB çərçivəsində bütün görüşlərimizdə həmişə çox fəal surətdə fikir mübadiləsi aparırıq və zənnimcə, nazirlərimiz bizdən nümunə götürməlidirlər.

Mən bir daha Sizi ürəkdən salamlamaq və arzu etmək istəyirəm ki, səfəriniz uğurlu olsun, Siz vətənə ən xoş təəssüratlarla qayıdasınız.

Moldova Prezidenti VLADİMİR VORONİN qonaqpərvərliyə və səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək dedi:

- Cənab Prezident İlham Əliyev, çox sağ olun!

Hörmətli azərbaycanlı dostlar!

Mən ilk dəfədir ki, Azərbaycandayam və bu, mənim Cənubi Qafqaz dövlətinin paytaxtına ilk səfərimdir. Hərçənd, biz aydınlaşdırmışdıq ki, bu dəfə səfər etmək növbəsi Azərbaycan tərəfinin idi. Lakin biz Prezident Əliyevlə belə razılığa gəldik ki, indi o, iki dəfə dalbadal Moldovaya gələcək və bu da bizi çox qane edir. Bunu rəsmi dəvət kimi qəbul edin.

Həqiqətən, mən Sizinlə razıyam ki, ölkələrimizin və xalqlarımızın taleyində ümumi cəhətlər çoxdur - həm Sovet İttifaqının tərkibində tarixi keçmişimiz baxımından, həm də dövlətlərimizin müstəqillik qazandıqdan sonra təşəkkül tapdığı ağır illərdə baş verən hadisələr baxımından. Lakin bizim əməkdaşlığı və ikitərəfli əlaqələri möhkəmləndirmək üçün çox yaxşı perspektivlərimiz də vardır. Biz beynəlxalq təşkilatlar, MDB çərçivəsində də fəal əməkdaşlıq edirik. Səfərimizin məqsədi də bütün bunlardır. Mən bu səfərə dəvət edildiyimə görə Sizə təşəkkür edirəm və görülmüş böyük hazırlıq işlərinə görə azərbaycanlı həmkarlarıma minnətdarlığımı bildirirəm, cünki bütün səfərlərim ərzində heç bir ölkədə bu qədər sənəd imzalamamışıq.

Ona görə də hesab edirəm ki, həqiqətən, bizim qarşılıqlı surətdə faydalı ikitərəfli əməkdaşlıq üçün çox yaxşı perspektivlərimiz var.

Biz Sizin ölkənizə, xalqınıza həmişə çox böyük hörmətlə yanaşmışıq və yanaşırıq. Moldovada heç də kiçik olmayan diaspor – təxminən 2 min etnik azərbaycanlı var. Ölkəmizin parlamentinin deputatı buradadır, o da azərbaycanlıdır. Qarşılıqlı münasibətlərimizin dərinləşməsi üçün digər çoxlu imkanlar da mövcuddur. Zənnimcə, nazirlərimizin, rəhbər işçilərimizin şəxsi tanışlığı daha geniş əməkdaşlığa xidmət edəcəkdir. Hesab edirəm ki, biz əməkdaşlığın yeni yollarını tapa biləcəyik. Bizim Sizinlə BMT çərçivəsində ölkələrimizin dəstəklənməsi, ayrı-ayrı namizədlərin irəli sürülməsi, habelə qətnamələrin qəbul edilməsi baxımından çoxlu vəzifələrimiz var. Ən kədərlisi budur ki, ümumi problemimiz də mövcuddur: ərazi bütövlüyü məsələsi həll edilməyibdir. Bizim Dnestryanı bölgə problemimiz, Sizin isə öz separatçılarınız var. Bunlar çox ağrılı məsələlərdir.

Nümayəndə heyətimizin tərkibinə Qaqauziyanın başqanı da daxildir. Demək istəyirəm ki, dekabrın 23-də biz Qaqauziya muxtariyyətinin 10 illiyini qeyd edəcəyik. Bu, muxtar ərazi qurumu probleminin sülh yolu ilə həlli sahəsində Avropada ilk nümunədir. Biz bu muxtariyyətin normal inkişaf etməsinə, orada yaxşı iqtisadi baza olmasına çox böyük diqqət yetiririk.

X X X

Sonra prezidentlər İlham Əliyev və Vladimir Voronin iki ölkə hökumətləri nümayəndələrinin iştirakı ilə qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir