Azərbaycan və özbək dastanlarında qadın obrazlarından bəhs edən məqalə Türkiyədə nəşr olunub
Bakı, 15 yanvar, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi Təranə Həşimovanın məqaləsi Türkiyədə “Yaxın Şərq və Mərkəzi Asiya-Qafqaz Araşdırma və Tətbiq Mərkəzinin jurnalı”nda dərc olunub.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalə “Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəllikləri” adlanır. Məqalədə Azərbaycan və özbək xalqlarının qəhrəmanlıq dastanlarındakı qadın obrazlarının oxşar xüsusiyyətlərindən bəhs edilir. Aparılan müqayisələr zəminində qadının türk xalqlarının qəhrəmanlıq və mədəniyyət tarixindəki yeri elmi ədəbi müstəvidə müəyyən edilir.