Azərbaycan və Özbəkistanın elmi-tədqiqat institutları əməkdaşlığa başlayır
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan bildirilib. Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunun direktoru professor Xüsniddin Olimov imzalayıblar.
Anlaşma Memorandumunda fizika və fizika-texnika sahələrində birgə elmi tədqiqatların aparılması, müasir fizika və texnologiya sahələrində təcrübə, nəşr və elmi məlumat mübadiləsi, ortaq elmi layihə və proqramların həyata keçirilməsi, eləcə də alim, tədqiqatçı və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.