Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyindəki məsələlər əsas müzakirə mövzusu olub.
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]