Azərbaycan və Türkiyə gənclərlə bağlı birgə layihə həyata keçirəcək
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycanda ilk dəfə “Düşərgə Lideri” proqramı təşkil ediləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqram Türkiyə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Düşərgə Lideri" layihəsi əsasında baş tutacaq.
Liderlik bacarığına güvənən, komandaya ruh verən, gəncləri ilhamlandıra biləcəyinə inanan, eləcə də bilik və bacarıqlar qazanmaq istəyən şəxslər proqrama qoşula bilərlər.
Seçilən namizədlər üçün Azərbaycan və Türkiyədə yerli, beynəlxalq mütəxəssislərin iştirakı ilə düşərgə liderliyi, komanda idarəetməsi və kommunikasiya bacarıqları üzrə təlimlər təşkil olunacaq.
Təlimləri uğurla başa vuran namizədlərə rəsmi "Düşərgə Lideri" sertifikatı təqdim ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/JL3cdWHapZnWHJg36
Qeydiyyat üçün son tarix sentyabrın 1-nə qədər nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]