Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları təlim-məşq uçuşları keçiriblər
Bakı, 10 avqust, AZƏRTAC
“TurAz Qartalı - 2020” Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.
Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.