Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə: Suriya və Yaxın Şərqdə yeni imkanlar – MÜSAHİBƏ

Azərbaycan və Türkiyə: Suriya və Yaxın Şərqdə yeni imkanlar –  MÜSAHİBƏ

Bakı, 24 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Son illər Azərbaycanla Türkiyə iqtisadiyyat və energetika sahələrində əməkdaşlıq imkanlarını daha fəal şəkildə genişləndirərək Yaxın Şərqdə və qonşu regionlarda təsir dairələrini artırırlar. Davam edən siyasi qeyri-sabitliyə baxmayaraq, Suriyada energetika və infrastrukturdan aqrologistikaya qədər birgə layihələrin həyata keçirilməsi imkanları xüsusi maraq doğurur. Eyni zamanda, Bakı beynəlxalq arenada rolunu gücləndirərək təkcə enerji və tranzit mərkəzi kimi deyil, həm də Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında diplomatik vasitəçi kimi çıxış edir. Bu şəraitdə Türkiyə Azərbaycan üçün əsas tərəfdaş olaraq qalır. Xüsusilə Orta Dəhlizin, Avropa və Türkiyənin enerji balansında strateji elementlərə çevrilə biləcək Cənub Qaz Dəhlizinin inkişafı da daxil olmaqla irimiqyaslı nəqliyyat, logistika təşəbbüsləri bu tərəfdaşlığın mühüm tərkib hissəsidir.

AZƏRTAC-ın suallarını türkiyəli politoloq Engin Özer cavablandırır.

-Azərbaycan və Türkiyə Suriyada energetika, infrastrukturun bərpası, logistika kimi hansı sahələrdə birgə layihələr həyata keçirə bilər? Mürəkkəb siyasi şərait fonunda bu cür təşəbbüslər nə dərəcədə realdır?

-Birgə layihələr üçün potensial həqiqətən mövcuddur və kifayət qədər genişdir. İlk növbədə Azərbaycan Suriyanın enerji sistemində nəzərəçarpacaq rol oynaya bilər. Bakının neft emalı sahəsində böyük təcrübəsi və neft-qaz sənayesi üçün kadr hazırlığı üzrə ciddi potensialı var. Bu baxımdan Türkiyə ilə Azərbaycanın Liviyada əməkdaşlığı nümunə kimi göstərilə bilər. Orada artıq neft-qaz hasilatı və emalı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Bu gün Suriyada da oxşar şərait formalaşır ki, bu da analoji təşəbbüslər üçün imkanlar açır. Xüsusilə Azərbaycan Suriyada gələcək neft sənayesi mütəxəssislərinin hazırlanması üçün filiallar və ya tədris mərkəzləri yarada bilər. İkinci perspektivli istiqamət aqrologistikadır. Hazırda Qazaxıstan taxılın daşınmasında maraqlıdır və bu kontekstdə Azərbaycan üzərindən Suriyaya marşrutun qurulması, taxılın isə artıq yerində emalı imkanı yaranır. Belə bir layihə bütün tərəflər üçün qarşılıqlı faydalı ola bilər.

Bundan əlavə, Türkiyə və Azərbaycan onilliklər ərzində formalaşmış, inkişaf etmiş liman və gəmiqayırma infrastrukturuna malikdir. Bu kontekstdə Ankara və Bakı Latakiyada mövcudluqlarını gücləndirərək yeni beynəlxalq dəniz limanının tikintisində və regionun logistika imkanlarının inkişafında iştirak edə bilərlər. Beləliklə, mövcud risklərə baxmayaraq, energetika, logistika, aqrar sektor və liman infrastrukturu sahələrində Türkiyə ilə Azərbaycanın Suriyada birgə layihələrinin orta müddətli perspektivdə reallaşdırılması üçün real sahələr mövcuddur.

-Azərbaycan Yaxın Şərqdə hansı rolu oynaya bilər – enerji, tranzit, yoxsa diplomatik? O, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya arasında birləşdirici halqaya çevrilə bilərmi?

-Əslində, Azərbaycanın eyni vaxtda bir neçə istiqamət üzrə imkanları var. Yaxın Şərq ölkələri ilə enerji layihələri uzun illərdir həyata keçirilir və burada əməkdaşlıq formatlarının geniş spektri mövcuddur. Azərbaycanın topladığı dəyərli təcrübə regionun ehtiyaclarına uyğunlaşdırıla bilər.

Bundan başqa, ölkənin Yaxın Şərqin aqrar sektoruna investisiya qoyuluşu üçün hələ tam reallaşdırılmamış böyük potensialı var. Regionun bir çox dövlətləri kənd təsərrüfatının inkişafına ciddi ehtiyac duyur. Bu prosesdə Azərbaycanın biznes diasporu mühüm rol oynaya bilər. İllərlə xaricdə, o cümlədən Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən bu insanlar ticarət və sahibkarlıq sahəsində praktiki təcrübəyə malikdirlər və bu təcrübə Yaxın Şərq bazarlarına yönəldilə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Bakı Afrika istiqamətində də aktiv fəaliyyətə yeni başlayır və burada Türkiyə ilə birgə təşəbbüslər üçün geniş imkanlar açılır. Təxminən 40 Afrika ölkəsinin səfirliyi qitə dövlətləri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün platforma rolunu oynaya bilər. Ticarət və investisiyalar da ayrıca diqqətəlayiq sahədir. Azərbaycan üçün neft emalı və bununla əlaqəli infrastruktur da daxil olmaqla investisiya potensialı yüksək olan dövlətlər perspektivlidir. Bu istiqamətdə də ölkənin mövqeyini genişləndirmək üçün real imkanlar mövcuddur. Beləliklə, Azərbaycan Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya arasında, ilk növbədə diplomatik və ticarət-investisiya oyunçusu kimi çıxış edərək, xarici siyasətinin enerji və tranzit komponentlərini tamamlayan birləşdirici halqaya çevrilə bilər.

-Bu gün Türkiyə və Avropa üçün “enerji balansı” nə deməkdir? Avropa İttifaqında (Aİ) qaz mənbələrinin diversifikasiyası siyasəti nə dərəcədə uğurludur və Cənub Qaz Dəhlizi bu prosesdə daha mühüm rol oynaya bilərmi?

-Türkiyə üçün enerji balansı ilk növbədə idxalın diversifikasiyası deməkdir. Türkiyənin enerji təhlükəsizliyi tək bir tədarükçüdən asılılıq üzərində deyil, mümkün qədər çox mənbədən, ideal halda altı-yeddi istiqamətdən, həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz hesabına təminata əsaslanır. Bu kontekstdə Türkiyənin Energetika Nazirliyi ümumi idxalda Rusiya qazının payını ardıcıl şəkildə azaldır. Mövcud qiymətləndirmələrə görə, bu göstərici təxminən 41 faizə, hətta daha aşağı səviyyəyə enə bilər. Bu isə avtomatik olaraq Azərbaycandan qaz idxalının artması deməkdir və Azərbaycan Ankara üçün getdikcə daha mühüm tərəfdaşa çevrilir. Oxşar siyasət bu gün Avropa İttifaqı tərəfindən də həyata keçirilir. Lakin Aİ üçün enerji balansı məsələsi Ukraynadakı müharibə və bununla bağlı risklər səbəbindən daha mürəkkəb xarakter daşıyır. Yaxın perspektivdə Avropa İttifaqı Rusiya qazından demək olar ki, tam imtina etməyi planlaşdırır ki, bu da alternativ mənbələrə tələbatı artırır. Bu şəraitdə həqiqətən Azərbaycanın Avropaya qaz ixracını artırmaq imkanları yaranır. Bu istiqamətdə işlər uzun müddətdir aparılır və Cənub Qaz Dəhlizi burada əsas rol oynayır. Lakin obyektiv məhdudiyyətlər də mövcuddur. İlk növbədə bu, Azərbaycanla Türkiyə arasında, daha sonra isə Avropaya doğru mövcud qaz kəmərlərinin ötürücülük qabiliyyəti ilə bağlıdır.

Başqa sözlə tələbat var, potensial var, lakin infrastruktur məhdudiyyətləri hələlik tədarükün artımını əngəlləyir. Gələcəkdə Azərbaycan daha iddialı layihələr barədə düşünməli ola bilər. Söhbət Ermənistan və Türkiyə üzərindən Avropa İttifaqı istiqamətində birbaşa qaz kəməri marşrutlarının yaradılmasından gedə bilər. Beləliklə, Cənub Qaz Dəhlizi artıq Türkiyə və Avropanın enerji balansında mühüm rol oynayır, infrastruktur genişləndirildiyi təqdirdə isə Avropanın diversifikasiya strategiyasında daha da əhəmiyyətli elementə çevrilə bilər.

-Orta Dəhlizin inkişafında Türkiyə hansı rolu oynayır və oynaya bilər? Bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi üçün institusional və infrastruktur səviyyəsində öncədən hansı addımlar atılmalıdır?

-Mənim fikrimcə, Orta Dəhliz nə sırf siyasi, nə də sırf infrastruktur layihəsidir. Bu, bir sıra ölkələrin iştirak etdiyi mürəkkəb çoxtərəfli təşəbbüsdür. Məhz buna görə də layihə ətrafında fəal diplomatik mübarizə gedir. Beynəlxalq arenada bu marşrut üzərində nəzarət uğrunda rəqabət müşahidə olunur. Xüsusilə ABŞ Orta Dəhlizin inkişafına daha çox Çin mallarının Avropaya tranziti üçün deyil, Hindistan mallarının İran marşrutundan yan keçməklə Avropa bazarlarına çıxışını təmin etmək məqsədilə təsir göstərməyə çalışır. Bu kontekstdə Türkiyənin təsiri ilk növbədə diplomatik müstəvidə özünü göstərir. Eyni zamanda, Ankaranın layihənin qısa müddətdə reallaşdırılmasını sürətləndirmək üçün kifayət qədər güclü təzyiq rıçaqları yoxdur. Tikinti və infrastruktur baxımından isə layihə Türkiyə üçün ciddi problem yaratmır, belə ki, texniki cəhətdən onun həyata keçirilməsi tam mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq