Azərbaycan velosipedçisi Türkiyədə üçüncü olub
Bakı, 27 mart, AZƏRTAC
Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Cartier” yarışına yekun vurulub. Velotur ölkəmizin “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, dörd mərhələdən ibarət “Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan “Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb. O, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.
Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]