Azərbaycan VII Ümumdünya Yeniyetmə Həmvətənlərin Oyunlarında təmsil olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 13-də VII Ümumdünya Yeniyetmə Həmvətənlərin Oyunlarının təntənəli açılışı olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda Azərbaycanı məktəblilərin populyar idman növləri - 3x3 basketbol, şahmat və stolüstü tennis üzrə komandalar təmsil edir.
İştirakçılar üçün zəngin mədəniyyət proqramı da tərtib olunub. Oyunların açılış və bağlanış mərasimləri, idmançıların mükafatlandırılması, Milli Mədəniyyət Günü keçiriləcək. Sonuncunun çərçivəsində iştirakçılar Rusiya xalqlarının mədəniyyəti və ənənələri ilə tanış olacaq, Rusiya kinofilmləri nümayiş etdiriləcək, diskotekalar təşkil olunacaq.
“Rossotrudniçestvo”nun dəstəyi ilə cari ildə yarışlarda 12-14 yaş arası həmvətənlərin iştirakı ilə 200-ə yaxın uşaq iştirak edir.
Oyunların təşkilatçıları qismində Rusiya Federasiyasının İdman Nazirliyi, “Rossotrudniçestvo”, Ümumrusiya Məktəb İdmanı Federasiyası çıxış edir, Moskva şəhərinin İdman Departamenti isə tədbirə dəstək verir.