Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi U-19 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman gənc qızlar arasında keçiriləcək U-19 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, o, aprelin 8-10-da Rumıniyanın Mioveni şəhərində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda Rumıniya ilə yanaşı, Danimarka və Slovakiya milliləri də mübarizə aparacaqlar. Görüşlərin hakimləri serbiyalı Miryana Qaliç, macarıstanlı Miklos Horvaz və italiyalı Mixel Brunelli olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]