Azərbaycan Voleybol Federasiyasının rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb
Bakı, 12 yanvar, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
AZƏRTAC xəbər verir ki, federasiya rəsmisi kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib. O, yanvarın 17-də İstanbulda keçiriləcək “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün ədalət təmsilçiləri bolqarıstanlı İvan Momirov və italiyalı Mişele Brunelli olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]