Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib VİDEO

Bern, 24 may, AZƏRTAC

İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Qəbulda İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrə hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb.

O budəfəki Respublika Günü tədbirinin əlamətdar tarixi hadisəyə - Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunduğunu söyləyib. Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 100 il öncə - 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğunu və azərbaycanlıların bununla fəxr etdiklərini bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin proqressiv bir hökumətə sahib olduğu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnun verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilıb.

Azərbaycan Xalq Cümhuriyyətinin cəmi iki il ömür sürdüyü və yalnız 70 il sonra - 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi qonaqların diqqətinə çatdırılıb. Lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar olub. Çıxışda bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrəni qurduğu diqqətə çatdırıb. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlət olduğu qeyd edilib. Azərbaycanın artıq bir neçə regional enerji layihələrinin iştirakçısı kimi Avropanın enerji mənbələrinin diversifikasiyasına töhfə verdiyini, 2017-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin keçirildiyini deyən səfir hazırda bu yolun Çindən Avropaya ən qısa yol olduğunu bildirib. Eyni zamanda o, hazırda Azərbaycan və tərəfdaşlarının Cənub Qaz Dəhlizini tamamlamaq üzrə olduğunu və bu layihə tamamlandıqdan sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin daha da artacağı vurğulayıb.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir İsveçrəni ölkəmiz üçün etibarlı tərəfdaş kimi xarakterizə edib, iki ölkə arasında tərəfdaşlığın qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. İsveçrənin Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayədar olduğu, Azərbaycanın da İsveçrə iqtisadiyyatına sərmayə yatırdığı və ARDNŞ-nin İsveçrədə 6 ildir ki uğurlu fəaliyyət göstərdiyini qeyd edilib.

İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq Azərbaycanla İsveçrə arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin getdikcə gücləndiyini bildirib. Qeyd edilib ki, İsveçrə ikitərəfli münasibətlərin müsbət dinamikasının səviyyəsindən məmnundur. Vurğulanıb ki, İsveçrə Azərbaycanın Davos Dünya İqtisadi Forumunda ali səviyyədə iştirakını yüksək dəyərləndirir və ölkə başçıları arasında 2007-ci ildən bəri davam edən görüşləri alqışlayır. İsveçrə rəsmi nümayəndəsi iki dövlətin sıx iqtisadi əlaqələrə malik olduğunu, İsveçrənin Azərbaycanın xarici investisiyaları baxımından üçüncü mühüm dövlət olduğunu, eyni zamanda İsveçrənin Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluqda yer aldığını bildirib. O, Azərbaycanın sürətlə inkişaf edən, regionda etibarlı tərəfdaş olduğunu söyləyərək, Bakı-Tbilisi-Qars dəmir yolunu böyük gələcəyə malik mühüm layihə kimi qeyd edib. K.M.Lanq İsveçrənin Azərbaycanın iqtisadiyyatını diversifikasiya etməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (fortepiano), Elvin Qənizadə (skripka) və Cəmilə Qarayusifli (skripka) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm əcnəbi, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə, Ədilə Hüseynzadənin “O gözü ceyran”, Qara Qarayevin “Vals”, Fikrət Əmirovun “Muğam poeması”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilib. Xalq Artisti Fidan Hacıyevanın ifasında səslənən “Habanera”, “La Spagnola” və “Azərbaycan” əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Rəsmi qəbul zamanı, həmçinin Bakı şəhərinin "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini təbliğ edən videoçarx nümayiş etdirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb