Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi Tehranda təntənəli mərasimlə qeyd olunub VİDEO

Tehran, 14 may AZƏRTAC

Mayın 14-də Azərbaycanın İrandakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian, İran İslam Şurası Məclisinin üzvləri, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, ziyalılar, ictimaiyyətin və Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb. Səfir bildirib ki, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan edilməsi, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib.

Səfir qeyd edib ki, ötən 100 ildə Azərbaycan xalqı böyük nailiyyətlər əldə edərək bugünkü inkişaf səviyyəsinə yüksəlib. Tarixin inkişaf prosesinin ağır və çətin, lakin şərəfli yollarından keçən Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə 28 May - Respublika Günü kimi qeyd edilir.

Diplomat bildirib ki, 1990-cı ilin iyulunda ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü. Həmin il noyabrın 17-də isə muxtar respublika Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada, ilk növbədə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan Ali Sovetinin də adı dəyişdirildi, onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul olundu. SSRİ-nin hələ mövcud olduğu bir dövrdə belə qərarların qəbulu həqiqətən böyük cəsarət tələb edirdi. Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi heç də asan və adi məsələ deyildi. Bu, ilk növbədə, müstəqil dövlətçiliyimizin bərpasına çalışmaq idi.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Artıq qürurla deyə bilərik ki, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Prezident İlham Əliyevin cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı da təsadüfi xarakter daşımır. Bu gün Azərbaycan dünyanın əksər ölkələri ilə uğurlu ikitərəfli əməkdaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var.

Diplomat vurğulayıb ki, tarixboyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.

Bünyad Hüseynov Azərbaycan ilə İran arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-İran əlaqələrinin inkişafına xüsusi önəm verir. Məhz iki dövlətin prezidentlərinin siyasi iradəsinə əsasən qarşılıqlı münasibətlər bu gün yüksələn xətlə inkişaf edir. Dövlət başçılarının səyi nəticəsində beynəlxalq əhəmiyyətli müştərək iqtisadi layihələr uğurla həyata keçirilir. Qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərə çevriliblər. Azərbaycan bu beynəlxalq əhəmiyyətli layihənin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar sərmayə yatırmağa hazırdır.

Qeyd olunub ki, Azərbaycan və İran prezidentlərinin son beş ildə 11 dəfə görüşməsi əlaqələrimizin inkişafının bariz nümunəsidir. Dövlət rəsmiləri 100-dən çox görüş keçirib, ölkələrimiz arasında 50-dən çox sənəd imzalanıb. Azərbaycan-İran münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqlarımızın ənənəvi dostluğuna söykənir. Hər iki xalqın adət-ənənələrinin, dininin, mədəniyyətinin oxşar olması qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişafına böyük təkan verir.

Səfir mərasimdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edərək bildirib ki, qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq əsasında qurulması xalqlarımızın mənafeyinə uyğundur. Dövlətlərimizin başçıları da məhz xalqın maraqlarını təmin etmək istiqamətində siyasət yürüdürlər. İran rəsmisi dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

İki ölkə arşındakı müştərək iqtisadi komissiyanın uğurlu fəaliyyətindən danışan nazir qeyd edib ki, nəqliyyat sahəsindəki əməkdaşlıq təkcə İran ilə Azərbaycanın deyil, eləcə də Asiya və Avropa ölkələrinin də iqtisadi inkişafına təkan verəcək. Məsud Kərbasian xüsusi vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır.

Mərasim çıxışlardan sonra mədəni proqramla davam edib. Səfirliyin həyətində quraşdırılan, Azərbaycanın və Bakının görməli yerlərinin fotolarından ibarət guşə və milli geyimli uşaqların xalq rəqslərini ifa etmələri qonaqlara xoş ovqat bəxş edib.

Qonaqlara Azərbaycan haqqında fars və ingilis dillərində çap olunmuş kitab, buklet və açıqcalar paylanıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi Tehranda təntənəli mərasimlə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir