Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı şəhidlərin parlaq xatirəsini ehtiramla yad edib

Bakı, 20 yanvar, AZƏRTAC 

Hər il yanvarın 20-də olduğu kimi, bu gün də Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Səhər tezdən xiyabana axışan paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının parlaq xatirəsini böyük ehtiramla yad ediblər.

1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Xalqımızın azadlığa gedən yolunda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən hər kəsin dilindən eşitmək olardı.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 26 il ötür. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, 841 nəfər qanunsuz həbs edildi. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.

Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu.

Qanlı Yanvar faciəsinin səhəri günü xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu.

Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi, Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.

Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırıldı.

Prezident İlham Əliyev də bu insanların qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və Şəhid ailələri üçün Prezident təqaüdlərinin artırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

“20 Yanvar” Fondunun sədri Şövqü Bünyadzadə: “Ulu öndər Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürülüb. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Onlara dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Dünyada iqtisadi böhran hökm sürdüyü bir vaxtda şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının bu günlərdə imzaladığı Fərmanlar göstərilən diqqət və qayğının əyani nümunəsidir. Bütün bunlara görə şəhid ailələri Prezident İlham Əliyevə dərin minnətdarlığını bildiririk.

Rəhbərlik etdiyim qurumun 400-dən çox üzvü var. Fond 20 yanvar hadisələri zamanı şəhid olmuş insanların ailə üzvlərinin və əlillərinin problemlərinin həllinə və hüquqlarının qorunmasına dəstək olur. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Yəni fondun üzvlərindən heç kim diqqətdən kənarda qalmır.

Şəhid ailələri adından demək istəyirəm ki, Azərbaycan bizim vətənimiz, qürur mənbəyimizdir. Çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda böyüsünlər, tərbiyə alsınlar. Bizdə vətənpərvərlik ruhu yüksək olmalıdır ki, torpaqlarımızı işğaldan azad edə bilək”.

Ziyarətə gələnlər arasında gənclər də çoxluq təşkil edirdi. Onlardan biri Fidan Böyükbabanlı deyib: “20 Yanvar qırğını nə qədər acı bir faciə olsa da, bu günü qəhrəmanlıq rəmzi kimi xatırlamalıyıq. Xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu burada uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər. Həmin hadisələrdə şəhid olanlar bizim bacı və qardaşlarımızdır. Onların əziz xatirəsini anmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Şəhidlərimizin şərəfli ömür yolu biz gənclər üçün vətənpərvərlik nümunəsidir”.

Qanlı yanvar hadisələri zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu bildirən, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Süleyman Tağızadə deyib: “1990-cı il yanvarın 20-də Sovet rejimi Azərbaycan xalqının üzərinə qoşun yeridən zaman gəmiçilər əsl qəhrəmanlıq nümayiş etdiriblər. Yüzdən çox gəmi Bakı buxtasında lövbər salaraq həyəcan siqnalı verib, Bakıda baş verən qanlı faciəni dünyaya çatdırıb. Bu həyəcan siqnalına cavab olaraq bir çox ölkədən gəmiçilər radioteleqram göndərib, baş verən faciədə Azərbaycan dənizçiləri və xalqı ilə həmrəy olduqlarını bildiriblər. Məhz gəmiçilərin şücaəti nəticəsində beynəlxalq aləm informasiya blokadasında olan xalqımızın başına gətirilən faciədən qismən də olsa, xəbər tutub”.

“Şəhidlərimizin ən böyük arzusu olan müstəqil Azərbaycan dövləti bu gün düşmənə göz dağıdır”, - deyə vurğulayan 1 saylı “ASAN xidmət” mərkəzinin aparıcı məsləhətçisi Fərid Gülablı fikirlərini belə ifadə edib: “20 Yanvar hadisələrinə təkcə faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şərəf, qürur tarixi kimi baxılmalıdır. Dünya tarixində nadir hallarda olur ki, bir xalq tankın, topun, tüfəngin qabağında əliyalın, mərd-mərdanə, cəsarətlə dayansın. Azərbaycan xalqı onun qarşısını kəsən imperiya ordusuna mətanətlə sinə gərdi. Azad dövlətimizin üçrəngli bayrağı başımızın üstündə əzəmətlə dalğalanır. Biz buna görə ilk növbədə şəhidlərimizə borcluyuq”.

Fərid Gülablının fikrincə, gənc nəslə 20 Yanvar hadisələrinin mahiyyəti, onun baş vermə səbəbləri izah olunmalıdır. Onlar bilməlidirlər ki, azadlığımız, müstəqilliyimiz hansı itkilər bahasına qazanılıb. Bu tarixi keçmişlə fəxr etmək, qəhrəman Vətən övladlarından nümunə götürmək lazımdır.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında olan Bakı sakini Qurban Əliyev deyib ki, şəhidlərimiz tariximizin ən parlaq səhifələrindən birini yazdılar. İmperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdikləri qanlı hadisələr müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin bu məkrli niyyət baş tutmadı. İnanıram ki, bu faciəli tarix xalqın yaddaşında daim qalacaq və gələcək nəsillərə mərdlik dərsi olacaq.

“Gənc nəsil qəhrəmanlığı şəhidlərimizdən öyrənirlər”, - deyən Azərbaycan Kooperasiya Universitetinin tələbəsi İbrahim Xəlilov bildirib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının nurlu xatirəsini anmaq üçün hər il Şəhidlər xiyabanına yüz minlərlə insan gəlir. Biz gənclər, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etməyi, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramımızı bildirməyi vətəndaşlıq borcumuz hesab edirik.

Şəhidlər xiyabanına gələn insanlar arasında xarici ölkələrin nümayəndələrinə rast gəlmək olardı. Onlardan biri, Tanzaniya vətəndaşı, İspaniya Universitetinin doktorantı Msanya Dismas öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Sizin gənclər xoşbəxtdirlər ki, onların müstəqil ölkəsi var. Mən Azərbaycan dilində danışa bilmirəm. İstər dərimin rənginə, istərsə də dini etiqadıma görə sizin insanlardan çox fərqlənirəm. Amma hesab edirəm ki, kövrək duyğuları paylaşmaq üçün heç də hamının eyni dildə danışması vacib deyil. Elə ona görə də sizin azadlıq və müstəqillik yolunda şəhid olan vətəndaşlarınızın ruhuna hörmət əlaməti olaraq mən buraya - Şəhidlər Xiyabana gəlmişəm. İllər öncə azərbaycanlıların başına gətirilən 20 Yanvar faciəsi haqqında yalnız dünən eşitdim. Metronun 20 Yanvar stansiyasında olarkən gördüm ki, hər tərəfə çoxlu güllər düzülüb. Orada öyrəndim ki, azərbaycanlılar hər ilin 20 yanvarını milli hüzn günü kimi qeyd edirlər. 20 Yanvar faciəsi haqqında daha ətraflı məlumatı internetdən öyrəndim. Dünyada çox xalqlar olsa da, onların heç də hamısının müstəqil dövlətləri yoxdur. Mənim ölkəmdə sizin şəhidlərin məzarı üstünə qoyduğunuz güldən bitməsə də mən onun adını Azadlıq çiçəyi qoyardım. Sizin gözəl bayrağınız var. Hələ ölkənizə gəlməmişdən qabaq öyrənmişdim ki, vaxtilə həmin bayrağı sovet qoşunları endirib, yerinə öz bayraqlarını asmışdılar. Amma on illər sonra siz həmin üçrəngli bayrağı yenidən müstəqil ölkənizin atributu kimi qəbul etmisiniz. Hiss edirəm ki, siz keçmişinizə, milli dəyərlərinizə, ənənələrinizə çox bağlısınız. Mən bütün Azərbaycan xalqına başsağlığı verir, azadlığınızın əbədi olmasını arzulayıram”.

Şəhidlər xiyabanını ziyarət edən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Şükufə Musayeva vurğulayıb ki,

20 Yanvar faciəsində şəhid olanların xatirəsini anmaq onların ülvi amallarına ehtiram, ədalətə tapınmaq, zülm və haqsızlığa yox deməkdir. Biz qəhrəman Vətən övladlarının məzarlarını hər gün ziyarət etməliyik.

20 Yanvar şəhidlərinin qəhrəmanlığını milli qürur mənbəyi hesab edən Şuşa rayon 10 nömrəli məktəbin müəllimi Akif Quliyev deyib ki, 20 Yanvar Azərbaycan tarixinin həm şərəfli və həm də faciəli səhifəsi olaraq milli azadlıq hərəkatının başlanğıcını, müstəqilliyə doğru irəliləyişimizin əsasını qoyub. Bu hadisələr xalqımızın müstəqillik yolunda mübarizə əzmini qıra bilmədi. Gənc nəsil də xalqımızın tarixinə hüzn və qürur günü kimi daxil olan bu günü unutmamalıdır.

“Azəryolservis” ASC-nin əməkdaşı Hüseynağa Rəhimov qeyd edib ki, o, bu hadisələrin canlı şahidi olub. Torpaqlarımızın ermənilər tərəfindən təcavüzünə etiraz edən dinc insanlara qarşı o zaman Sovet İttifaqına rəhbərlik edən Mixail Qorbaçovun göstərişi ilə Bakıya ordu yeridilib. 147 günahsız insan amansızcasına qətlə yetirilib, 800 nəfər yaralanıb. Bu hadisələr xalqımıza qarşı yönəlmiş məkrli siyasətin nəticəsi idi. Həmin gecə meydanlara toplaşan xalq sovet hökumətinin əsl simasını gördü.

... Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını ardı-arası kəsilmirdi. Minlərlə insan qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq bu müqəddəs məkana üz tuturdu. Ümumxalq hüzn günündə xiyabanı ziyarət səhər tezdən axşamdan xeyli keçənədək davam etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO