AZƏRBAYCAN XİN-İN BAŞÇISI KİYEVƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Demokratik seçim cəmiyyəti” mövzusunda dekabrın 1-də Kiyevdə başlanmış beynəlxalq forumda iştirak etmək üçün Ukrayna paytaxtına gəlmişdir.
Forumda 13 ölkənin prezidentləri və nümayəndələri, habelə Avropanın beynəlxalq təşkilatlarının liderləri iştirak edirlər.