AZƏRBAYCAN XOKKEYÇİLƏRİ AVROPA ÇEMPİONLAR LİQASINI DÖRDÜNCÜ YERDƏ BAŞA VURMUŞLAR
Qadın xokkeyçilərimiz oyunun ilk hissəsində rəqib qapısından iki top keçirmişlər. İkinci hissədə hakimlərin bakılılara qarşı qərəzli mövqeyi alman xokkeyçilərinə hesabı bərabərləşdirmək imkanı vermişdir. Sonra hər iki komandanın qapısına daha bir top vurulmuşdur. Oyunun əsas vaxtı 3:3 hesabı ilə heç-heçə başa çatdığından hakimlər qapılara 5 penalti zərbəsi təyin etmişlər. “Berliner” komandası 6:4 hesabı ilə qalib gəlmişdir.
Beləliklə, “Atasport” çempionlar liqasının final mərhələsində 8 komanda arasında dördüncü yeri tutmuşdur.
Qızıl medal uğrunda isə Hollandiyanın “Hertogemboş” və İngiltərənin “Kanterberi” komandaları qarşılaşacaqlar. Yarışda İrlandiyanın “Peqasus” və Belarusun “Ritm” komandaları sonuncu yeri tutduqlarına görə, çempionlar liqasının güclülər dəstəsini tərk etmişlər.
Xatırladaq ki, 32-ci dəfə keçirilən Avropa cempionlar liqasının kubokunu 27 dəfə Hollandiyanın “Hertogemboş” komandası qazanmışdır. Ötənilki yarışların finalında “Atasport” həmin kluba uduzaraq gümüş medala sahib olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]