Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Zaqreb, 22 fevral, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Xorvatiya münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Bütün sahələrdə qarşılıqlı əməkdaşlığın mövcudluğu qeyd olunub.
Həmçinin iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi istiqamətində Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın əhəmiyyəti vurğulanıb, növbəti iclasın keçirilməsi ilə bağlı aparılan işlər müzakirə edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]