Azərbaycan yazıçıları öz əsərləri ilə Xocalı soyqırımının dünyada tanınmasına çalışırlar
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış yazıçı-publisist Əsəd Cahangir “Xocalı soyqırımı Azərbaycan yazıçılarının əsərlərində” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, XX əsrin ən böyük faciəsinin baş vermə səbəblərinin və həmin dövrdə törədilmiş qanlı hadisələrin gələcək nəsİllərə bədii dildə çatdırılması məhz yazıçıların öhdəsinə düşür.
Birliyin katibi Rəşad Məcid ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi bu soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında yazıçıların fəaliyyətinin danılmaz olduğunu qeyd etmişlər.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.
Tanınmış şair və yazıçılar Xocalı soyqırımına həsr etdikləri şeirlər və nəsr əsərlərindən nümunələr söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]