Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayırlar
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan milli komandaları Macarıstanın paytaxtı Budapeştdə start götürən Ümumdünya Şahmat Olimpiadasında bu gün mübarizəyə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, ilk turda kişi şahmatçılardan ibarət kollektiv İordaniya ilə qarşılaşacaq. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək.
Qadınlardan ibarət komanda isə Nikaraqua seçməsini sınağa çəkəcək. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]