AZƏRBAYCAN YIĞMASININ 2008-Cİ İL AVROPA ÇEMPİONATININ SEÇMƏ SİLSİLƏSİNDƏ RƏQİBLƏRİ MƏLUMDUR
Püşkatmada Avropanın 50 yığması iştirak etmişdir. Avstriya və İsveçrə komandaları turnirin sahibləri kimi, seçmə görüşlərindən azad olunmuşdur. Qalan komandalar yeddi qrup üzrə bölünmüşdür. Azərbaycan futbolçularının mübarizə aparacaqları “A” qrupunda səkkiz, qalan qrupların hərəsində isə yeddi komanda yarışacaqdır. Qruplarda birinci və ikinci yerləri tutan komandalar finala çıxacaqdır.
Püşkün nəticələrinə əsasən, Azərbaycan komandasının rəqibləri Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya, Belçika, Finlandiya, Ermənistan və Qazaxıstan yığmaları olacaqdır.
Komandamızın baş məşqçisi Şahin Diniyev AZƏRTAC-ın müxbiri ilə söhbətində püşkün nəticələrini və kollektivimizin imkanlarını qiymətləndirmişdir. Onun fikrincə, futbolçularımız güclü qrupa düşmüşlər, burada finala vəsiqə uğrunda mübarizə gərgin olacaqdır. Qrupda əsas mübarizə üç komanda - Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya yığmaları arasında gedəcəkdir.
Şahin Diniyev rəqiblərimizdən və Azərbaycan yığmasının onlarla keçirdiyi oyunların təcrübəsindən danışaraq demişdir ki, komandaların gücü daim dəyişir, ona görə də heç kimdən çəkinməyib, hər bir görüşə qələbə əzmi ilə hazırlaşmaq lazımdır.
Oyunların tarixi və yeri bu ölkələrin futbol federasiyaları rəhbərlərinin fevralın 10-da Belçikada keçiriləcək görüşündə məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]