Azərbaycanda "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir VİDEO
Bakı, 5 may (AZƏRTAC). "Global Stats" statistika mərkəzi 2014-cü ilin yanvar-aprel ayları üzrə sosial şəbəkə istifadəçilərinin sayı ilə bağlı hesabat təqdim etmişdir.
Mərkəzin məlumatına görə, hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən 1 milyon 360 min nəfər istifadə edir. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,48 faiz artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə "Facebook" istifadəçilərinin sayında 3,15 faiz artım qeydə alınmışdır.
Qeyd edək ki, "Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir.
"Global Stats"ın statistikasına əsasən, yanvar-aprel aylarında ölkəmizdə "YouTube" istifadəçilərinin sayı isə 30,54 faiz artmışdır. "YouTube"un Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir.