Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinq zamanı aşağıdakı əsas məqamlar vurğulanıb:

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ciddi çağırışlarla üzləşir;

Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır;

Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur;

Spesifik olaraq detallara varmazdan öncə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistanın real danışıqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurduğu vurğulanmalıdır;

Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır;

Erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışıqların xronologiyası bir şeyi, yəni, Ermənistanın danışıqlar masasında həll yolları tapmaqda maraqlı olmadığını sübut edir;

Ermənistan Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün istifadə etdi. Bu istiqamətdə bizim heç bir çağırışımıza məhəl qoyulmadı və Azərbaycanın legitim və faktlara əsaslanan narahatlığını aradan qaldırmaq üçün heç bir tədbir görülmədi;

2023-cü il aprelin 23-də Azərbaycan bu yoldan sui-istifadə hallarının qarşısının alınması, eyni zamanda, sərhəddən hüquqi, şəffaf və tənzimlənən keçidin təmin edilməsi məqsədilə dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi təsis etdi. Bütün ittihamlara baxmayaraq, sərhəd-buraxılış məntəqəsi çox həssas şəraitdə nümunəvi şəkildə fəaliyyət göstərirdi;

Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanladı. Lakin bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı;

Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı;

Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi;

Bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil;

Sərhəd-buraxılış məntəqəsindən keçidi asanlaşdırmağa davam etməklə yanaşı, Azərbaycan rəsmi olaraq, yerli sakinlərin ehtiyaclarını ödəmək üçün yüklərin çatdırılması məqsədilə digər yollardan istifadəni təklif etdi;

Bu təklif 15 iyul tarixində Şarl Mişelin iştirakı ilə keçirilən liderlər görüşü çərçivəsində də geniş müzakirə olunub. Təsadüfi deyil ki, bu məsələ cənab Mişelin görüşün yekunlarına dair bəyanatında da öz əksini tapıb;

İyulun 25-də Moskvada bir neçə yolun sinxron istifadəsi məsələsi xarici işlər nazirlərinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu oldu. Bu, Rusiya tərəfinin təklif etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verdi. Ermənistan isə konkret müzakirələrdən nümayişkaranə yayındı;

Bunun qarşılığında, Ermənistan ertəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərdi. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribat idi;

Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı tərəfindən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxron istifadənin həyata keçirilməsinin, habelə mərkəzi hökumətin xüsusi nümayəndəsinin yerli sakinlərlə görüşünün təşkili üçün müvafiq iş aparıldı;

Nəhayət, avqustun 4-də hər iki məsələ ilə bağlı razılıq əldə olundu. Bununla, sözügedən yolların ardıcıl şəkildə açılması və Yevlaxda görüşün təşkili məsələləri razılaşdırıldı. İştirak edən bütün maraqlı tərəflər, o cümlədən BQXK və sülhməramlı kontingent razılaşmaların həyata keçirilməsinin təşkilinə hazır idilər. Lakin son anda Ermənistan tərəfi siyasi motivli qanunsuz bəhanələr irəli sürərək hər iki razılaşmadan geri çəkildi;

Bunun ardınca, BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxiləsi üçün zəmin yaratmaq məqsədilə Ermənistan tərəfindən bütün dünyada aparılan qarayaxma kampaniyası intensivləşməyə başladı. Ermənistanın BMT TŞ-dən Azərbaycana qarşı addımları üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın gözləntilərinin əksinə, BMT TŞ-nin əksər üzvləri humanitar yardımın çatdırılmasının siyasiləşdirilməsinə qarşı çıxdı, bu cür yükdaşımaların həyata keçirilməsi üçün bütün marşrutların açılmasına çağırdılar və birbaşa dialoqa ehtiyac olduğunu vurğuladılar;

Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından sinxronlaşdırılmış istifadə formulasının həyata keçirilməsi üçün bütün tərəfdaşlarla qarşılıqlı fəaliyyətini davam etdirdi;

Bu yaxınlarda, ABŞ ilə yüksək səviyyəli təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsi bir daha ətraflı müzakirə edildi. Ermənistanın Amerika tərəfi vasitəsilə çatdırdığı narahatlığını nəzərə alaraq, Azərbaycan yolların ardıcıl açılması təklifini hər iki yolla yüklərin eyni vaxtda çatdırılması formasında dəyişdirməyə razılıq verdi. Amerika tərəfi bunu konstruktivliyin əlaməti kimi müsbət qəbul etdi. Müvafiq amerikalı həmkarlara bu mesajı aidiyyəti üzrə Ermənistan tərəfinə çatdırmaq və sövdələşmənin həyata keçirilməsi üzərində işləmək tapşırıldı. Lakin yenə də bu razılığın da həyata keçirilməsi reallaşdırıla bilmədi;

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir;

Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoş məramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir;

Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu, heç bir şübhə doğurmamalıdır;

Vəziyyət humanitar məsələ olsa idi, həftələr öncədən bir neçə yolun sinxronlaşdırılmış istifadəsi təklifi əsasında həll edilə bilərdi. Qarabağ bölgəsinin erməni sakinlərinin humanitar ehtiyacları bəhanəsi ilə Ermənistan, əslində bu insanları separatizm siyasətinin qurbanına çevirdi və hazırda dözümsüzlük və nifrətə əsaslanan fikirlərini yaymaqda davam edir;

Bu faktdır ki, Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsində daim maneələr törədir;

Yüklərin çatdırılması məsələsi ilə bağlı vəziyyət Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi və siyasi təxribatları ilə eyni zamanda baş verir;

Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Onlarla tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yaylım atəşi sistemləri, onlarla müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib;

Ermənistan öhdəliklərini pozaraq, bu qüvvələrin saxlanılması üçün texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisində saxlanılan silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşir;

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır;

Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşun yaradılmasının “ildönümü” münasibətilə qondarma "təbrik mesajı" verərək daha bir son dərəcə təxribatçı addım atdı;

Ermənistan baş naziri bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi. Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu;

Xatırladaq ki, bu taktika Ermənistan tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsinin növbəti təsdiqindən başqa bir şey deyil, bu ölkə bütün mövcud vasitələrlə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə ərazimizdə separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil;

Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər;

Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil;

Qeyd olunan Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir;

Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir