AZƏRBAYCANDA AQRAR BÖLMƏDƏ APARILAN İSLAHATLAR BMT-DƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Nazir İsmət Abasov səfər çərçivəsində FAO-nun Baş katibi Jak Diuf, BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) prezidenti Lennart Bege, Özbəkistanın su və kənd təsərrüfatı naziri Saydullo Beqaliyev və digər şəxslərlə görüşlər keçirmişdir.
İFAD-ın prezidenti ilə görüşdə Fondun maliyyələşdirdiyi (10 milyon ABŞ dolları) Azərbaycanda yüksək dağlıq və dağlıq ərazilərdə kənd yerlərinin inkişafı layihəsinin uğurla icra olunduğu bildirilmiş, həmçinin, gələn ildən həyata keçiriləcək Azərbaycanın Şimal-Şərq rayonlarında meliorasiya, su təchizatı şəbəkəsinin yaxşılaşdırılmasına yönəldilmiş layihənin həmin regionda kənd təsərrüfatının inkişafına yeni töhfə olacağı vurğulanmışdır. Layihəyə xərclənəcək 20 milyon dollardan çox vəsaitin 14 milyonunu İFAD ayıracaqdır.
Azərbaycanda İFAD-la birgə yeni layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilmişdir.