Azərbaycanda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı təşkil olunub
Bakı, 7 iyun, AZƏRTAC
Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında 40-dan çox xarici idmançının iştirakı ilə təlim-məşq toplanışı başlayıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyunun 10-dək davam edəcək hazırlığa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto-Rikodan yüksək səviyyəli idmançılar qatılıblar. Onların arasında 2022-ci ilin Avropa çempionları Bogdan Ladov (66 kq), Michael Korrel (100 kq), Jur Spijkers (+100 kq) və Panamerika çempionatının qalibi Adrian Gandia Gines də yer alıblar.
Bu növ təlim-məşq toplanışlarının təşkilində əsas məqsəd idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdakı iri miqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]