Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçid hədəflənib

Azərbaycanda dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçid hədəflənib

Bakı, 23 iyun, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiyaya keçid edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi andan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifəsi siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrinin yeni əsaslar üzərində qurulması olmuşdur. Bu vəzifənin həyata keçirilməsi respublikamızda müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını zəruri edirdi. Bu zərurət isə düşünülmüş və elmi cəhətdən əsaslandırılmış, qabaqcıl ölkələrin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi.

Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit etməklə, milli maraqlarla uzlaşan və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini müəyyən etdi.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların təməli isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi oldu. Məhz həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdı.

Hazırda Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Bu siyasətin nəticələrindən biri də Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il 23 iyunun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilməsi üçün Prezidentin 2006-cı il 25 may tarixli Sərəncamının imzalanması olub. Bu əlamətdar günün təsis edilməsi dövlət qulluğunun ölkənin inkişafı prosesinə verdiyi töhfəni vurğulamaq, vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığı, səmərəliliyi, innovasiyaları və mükəmməlliyi təşviq etmək, dövlət qulluqçularının əməyini qiymətləndirmək və motivasiya etmək məqsədilə atılmış addımlardan biridir.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, mühüm və şərəfli missiyalarını yerinə yetirməklərində uğurlar arzulayıram.

Artıq uzun illərdir ki, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.

Müasir dövrdə dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Təbii ki, dövlətin məqsəd və funksiyalarını həyata keçirən dövlət orqanlarının səmərəli fəaliyyəti, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Ölkənin sosial-iqtisadi həyatında baş verən proseslər dövlət qulluqçularının qısa müddət ərzində yeni şəraitə uyğunlaşmasını, bu şəraitin tələblərinə uyğun bilik, bacarıq, təcrübə və səriştələr əldə etməsini tələb edir. Bu isə öz növbəsində dövlət qulluqçularına dəyişən dövrün tələblərinə cavab verən, qarşıya qoyulmuş yeni məqsədlərə və hədəflərə çatmaq üçün lazımi bilik, bacarıq, təcrübə və səriştələri əldə etməyə imkan verən çevik dövlət qulluğu sisteminin formalaşması üçün aparılmış islahatların davam etdirilməsini labüd edir.

Xüsusilə qeyd olunmalıdır ki, dövlət qulluğu sistemində islahatların növbəti mərhələsi sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutan yeni sənədin – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın qəbulu ilə başlayıb.

Strategiyanın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində qarşıya qoyulmuş əsas hədəflərdən biri dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq edilməsidir. Tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən edir. Bu modelin ancaq dövlət qulluğuna qəbul prosesində deyil, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı da əsas meyar kimi tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə Mərkəz 2024-cü il ərzində ümumi səriştələrin qiymətləndirilməsi üzrə alətlərin-situasiya mühakimə testlərinin (SMT) hazırlanması üzrə beynəlxalq ekspert tərəfindən keçirilən təlimlərdə iştirak edib, bu sahədə nəzəri və praktiki biliklərini genişləndirib. Təlimlərdə SMT-lərin hazırlanma prinsipləri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və tətbiqi üzrə beynəlxalq təcrübələrə əsaslanan metodlar təqdim edilib.

Hazırlanmış SMT-lərin keyfiyyət parametrlərinə uyğunluğunu və effektivliyini yoxlamaq məqsədilə genişmiqyaslı sınaq tədbirləri təşkil edilib. Bu sınaqların əsas məqsədi SMT-lərin praktiki istifadəyə və qiymətləndirmə meyarlarına uyğunluğunu, habelə dövlət qulluqçularının potensialını daha dəqiq müəyyənləşdirməklə bağlı effektivliyini araşdırmaq olub. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları, həmçinin dövlət qulluğunda çalışmayan şəxslər cəlb edilib. Bu yanaşma müxtəlif əhali qruplarının iştirakını təmin etməklə SMT-lərin hərtərəfli yoxlanılmasına şərait yaradıb. Yeni alətlərin keyfiyyət parametrlərinin araşdırılmasının növbəti mərhələsində dövlət qulluqçuları 360 dərəcə qiymətləndirmə prosesinə cəlb edilib. Bu qiymətləndirmənin nəticələri SMT-lərdən əldə edilən nəticələrlə müqayisə edilib və bu iki qiymətləndirmə aləti arasında korrelyasiya ilə bağlı əlavə təhlillər aparılıb. Səriştə modelinin dövlət qulluğunda tətbiqi ilə bağlı prosedur və mərhələlər dəqiq şəkildə müəyyən edilib və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Bu proses zamanı dövlət qulluğunda səriştə modelinin tətbiqi üzrə spesifik tələblər və əməkdaşlıq mexanizmləri razılaşdırılıb.

Eyni zamanda, dövlət qulluqçularının texniki səriştələrinin qiymətləndirilməsi üçün nəzəri modelin hazırlanması üzrə layihəyə başlanılıb. Bu çərçivədə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri və xarici ekspertlərin iştirakı ilə görüşlər keçirilib. Görüşlər zamanı nəzəri modelin hazırlanması prosesində dövlət orqanları ilə əməkdaşlıq imkanları, eləcə də tətbiq ediləcək qiymətləndirmə yanaşmaları müzakirə edilib.

Bu o deməkdir ki, Azərbaycan əmək bazarındakı sürətli dəyişikliklərə uyğunlaşmaq üçün səriştə əsaslı insan resurslarının idarəedilməsi modelinə keçməklə dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçidi hədəfləyib. Ümumi zehni qabiliyyətlərin qiymətləndirilməsini, strukturlaşdırılmış müsahibələri və qiymətləndirmə mərkəzini özündə birləşdirən bu yeni yanaşma namizədlərin daha dəqiq qiymətləndirilməsini təmin etməyə və vakant vəzifə üzrə ən uyğun namizədi seçməyə imkan verəcək.

Fəaliyyət Planı çərçivəsində dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ali təhsil müəssisələrində maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi məqsədilə Mərkəz tərəfindən 2024-cü il ərzində bir sıra tədbirlər görülüb, müxtəlif görüşlər təşkil edilib. Gənclərin dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Bakı şəhərində və regionlarda təşkil edilmiş görüşlərdə iştirakçılara dövlət qulluğuna qəbul qaydaları, test imtahanı və müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, Mərkəzin dövlət qulluğu ilə əlaqədar elektron xidmətləri və dövlət qulluğuna dair digər məsələlər barədə məlumat verilib.

Bu günədək Azərbaycanda dövlət qulluğu sahəsində aparılmış ardıcıl və məqsədyönlü islahatlar və dövlətin strateji inkişaf hədəfləri dövlət qulluqçularının peşəkar və davamlı inkişafının dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasının əsas vasitələrindən biri olduğunu göstərir.

Məhz bu səbəbdən, dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, dövlət qulluğunun, dövlət orqanlarının və dövlət qulluqçularının təlimə olan tələbatlarını (təlim ehtiyaclarını) hərtərəfli ödəyən peşəkar və davamlı təlim sisteminin formalaşdırılması dövlətin əsas hədəflərdən biri olub.

Dövlət qulluqçularının təliminin cari və perspektiv tələbata uyğun olması zərurəti daha məqsədyönlü, planlı və sistemli təşkili bu sahədə əsas strateji istiqamətləri müəyyən edən sənədin – “Azərbaycan Respublikasında 2025–2030-cu illər üzrə dövlət qulluqçuları üçün Təlim Strategiyası”nın qəbul edilməsini labüd edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Strategiyada dövlət qulluqçularının təliminin dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilən, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsindən və təkmilləşdirilməsindən ibarət məqsədyönlü və sistemli prosesə çevrilməsi nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da qeyd edildiyi kimi, qlobal rəqabətin əsas faktoru kimi keyfiyyətli insan kapitalı, texnoloji modernizasiya və dayanıqlı iqtisadi artım öz mühümlüyünü qoruyub saxlayır. Strategiyanın 3.1.9-cu yarımbəndinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1-3-cü abzaslarında nəzərdə tutulmuş tədbirlər üzrə Mərkəz əsas icraçı qurum olaraq müəyyən edilib.

Həmin yarımbəndin 2-ci abzası dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi tədbirlərini nəzərdə tutur. Qeyd edilən tədbirin icrasını təmin etmək məqsədilə 2024-cü il ərzində Mərkəz tərəfindən mütəmadi işlər aparılıb və ölkənin bütün regionlarında dövlət orqanlarında inzibati vəzifələrdə olan dövlət qulluqçularına təlimlər keçirilib.

Belə ki, Mərkəz tərəfindən Abşeron-Xızı, Naxçıvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Dağlıq Şirvan, Şirvan-Salyan və Şəki-Zaqatala iqtisadi rayonları üzrə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” və “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzularında təlimlər təşkil olunub. Təlimlərdə ümumilikdə 15000-ə yaxın dövlət qulluqçusunun iştirakı qeydə alınıb.

2024-cü il ərzində Mərkəz dövlət qulluğu vəzifələrinin tutulması sahəsindəki fəaliyyətini də uğurla davam etdirib. Bu müddət ərzində formalaşan dövlət qulluğuna qəbul prosesi ilə bağlı əsas məlumatları və statistik göstəriciləri oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Dövlət qulluğu üzrə test imtahanlarının daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Səriştə modelinə keçid məqsədilə test bankında situasiya tipli (kazus), sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqların sayı artırılır, il ərzində keçirilən test imtahanlarında bu tip tapşırıqlardan istifadə olunur.

Mərkəz dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərə elmi-metodiki və texniki kömək məqsədilə mütəmadi olaraq zəruri tədbirlər görür. 2024-cü ildə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarında iştirak etmək arzusunda olan şəxslərə imtahana səmərəli hazırlaşmaları üçün faydalı olan “2000 test tapşırığı” toplusu nəşr edilib.

Mərkəz tərəfindən 2024-cü il ərzində dövlət qulluğuna qəbul üçün 6 dəfə A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AB və AC vəzifə qruplarına uyğun), 6 dəfə B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) olmaqla, 12 test imtahanı keçirilib. Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, test imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş 16695 namizəddən böyük əksəriyyəti – 16330 nəfər imtahanda iştirak edib. İmtahan vermiş namizədlərdən 4688 nəfəri (28.1 faiz) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanıb.

Sertifikat alan namizədlərin sayına görə Bakı Dövlət Universiteti (1041) və Azərbaycan Dövlət İqtisad Universitetinin (553) məzunları ilk sıralardadır. Bakı Dövlət Universitetinin məzunları həm B növü - inzibati icraçı vəzifələr üzrə (996), həm də A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (45) ən yüksək nəticə göstərib.

2024-cü ildə Mərkəz tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün 4 test imtahanı keçirilib. İmtahan vermək etmək üçün qeydiyyatdan keçmiş 990 dövlət qulluqçusundan 980-i imtahanda iştirak edib. Test imtahanında iştirak etmiş namizədlərdən 579 nəfəri (58.5 faiz) tutduğu vəzifənin daxil olduğu altqrupa uyğun, 119 nəfəri tutduğu vəzifənin daxil olduğu altqrupdan aşağı altqrup üzrə sertifikat əldə etmək hüququ qazanıb. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanlarında Qida Təhlükəsizliyi Agentliyində çalışan dövlət qulluqçuları həm qeydiyyat, həm iştirak, həm də müvafiq sertifikat əldə edənlər siyahısında ilk sıralardadır.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir. Mərkəz tərəfindən müvafiq qərarlara uyğun olaraq müsahibə elanları hazırlanır.

Ötən il ərzində Mərkəz tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin A və B növlərinə uyğun vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə ümumilikdə 7 elan verilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq elanlar barədə məlumatlar Mərkəzin və aidiyyəti dövlət orqanlarının internet saytında yerləşdirilib. Bu elanlardan 4-ü A növü üzrə, 3-ü isə B növü üzrə olub. Keçən il ərzində müsabiqəyə 194 dövlət orqanı tərəfindən ümumilikdə 1351 vakant vəzifə təqdim olunub. Təqdim edilmiş vakant vəzifələrin 182-si A növünə, 1169-u isə B növünə aid olub.

Qeyd edilən dövr ərzində Mərkəz tərəfindən ümumilikdə 3 ümumi müsahibə elanı verilib və elanlar barədə müvafiq məlumatlar Mərkəzin və aidiyyəti dövlət orqanlarının internet saytında yerləşdirilib. Elanlar çərçivəsində 135 dövlət orqanında mövcud olan 1002 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumi müsahibəyə təqdim edilib. Qeyd edim ki, ümumi müsahibəyə təqdim edilən vəzifə sayı keçən ilin göstəricisi (440 vəzifə) ilə müqayisədə 2.3 dəfə (562 vəzifə) artıb. Ən çox vəzifəni Qida Təhlükəsizliyi Agentliyi (105 vəzifə) elana çıxarıb, ən çox müraciət isə İqtisadiyyat Nazirliyi üzrə (189 müraciət) qeydə alınıb.

2024-cü il ərzində 135 dövlət orqanı tərəfindən 1004 vakant vəzifənin tutulması məqsədilə 13 daxili müsahibə elanı verilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi üçün proqram təminatında müvafiq dəyişiklik və əlavələr edilib. Sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. Qeyd edim ki, daxili müsahibəyə təqdim edilən vəzifə sayı keçən ilin göstəricisi (580 vəzifə) ilə müqayisədə 424 vəzifə (73.10 faiz) artıb. Ən çox vəzifəni İqtisadiyyat Nazirliyi (71 vəzifə) elana çıxarıb, ən çox müraciət isə Maliyyə Nazirliyi üzrə (243 müraciət) qeydə alınıb.

Məlum olduğu kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun və dövlət orqanlarının kadr tələbatının ödənilməsinin təmin edilməsi məqsədilə, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 2020-ci il iyulun 1-dən etibarən dövlət qulluğu üzrə müsahibələrin onlayn qaydada xüsusi proqram təminatı vasitəsilə keçirilməsinə başlanılmışdı. Mərkəz müsahibələrin onlayn qaydada təşkil edilməsi məqsədilə zəruri texniki və digər tələblərin müəyyən edildiyi müvafiq təlimat hazırladı. Mərkəzin və dövlət orqanlarının onlayn qaydada təşkil edilən müsahibələrin keçirilməsi ilə bağlı müsahibə komissiyasının üzvü qismində iştirak edən nümayəndələri, habelə müstəqil ekspertlər üçün onlayn treninqlər təşkil edildi.

2024-cü il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə ümumilikdə 13198 müsahibənin keçirilməsi planlaşdırılmışdı. Həmin müsahibələrdən 6401-nin (48.5 faiz) keçirilməsi təmin edilib, keçirilməsi nəzərdə tutulan 6797 (51.5 faiz) müsahibə isə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmayıb.

Planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsə də (78.18 faiz), müsabiqə üzrə müsahibələrin 3895-ni (40.23 faiz) keçirmək mümkün olub. Baş tutmamış müsahibələrin əksər hissəsi (85.13 faiz) müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınıb. Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 5178 (53.49 faiz) müsahibə namizədlərin iştirakdan imtina etməsi, 531 (5.48 faiz) müsahibə isə namizədlərin gəlməmələri səbəbindən baş tutmayıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibələrdə uğur əldə etmiş şəxslərin vakant vəzifələrə təyinatları ilə bağlı qərarı vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri qəbul edir.

2024-cü il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlərin təyinat sayı keçən illə müqayisədə 48.40 faiz artaraq 1487 vəzifə təşkil edib. Ən yüksək təyinat daxili müsahibə üzrə (643/43.24 faiz) müşahidə edilir.

Ötən il ərzində müsahibələrdə uğur əldə edən namizədlər 57 məhkəmə orqanı,78 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 183 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci (366/24.61 faiz) və 7-ci (650/43.71 faiz) təsnifatına uyğun vəzifələr üzrə aparılıb. Qeyd edilən dövr ərzində ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi (103/6.93 faiz), Maliyyə Nazirliyi (96/6.46 faiz) və İqtisadiyyat Nazirliyi (92/6.19 faiz) aparıb.

Müsabiqə üzrə (67/4.51%) və ümumi müsahibə üzrə Qida Təhlükəsizliyi Agentliyi (19/1.28%), daxili müsahibə üzrə isə Maliyyə Nazirliyi (74/4.98%) daha çox vəzifəyə təyinat aparıb.

Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı 4-cü təsnifat inzibati vəzifələrə Hesablama Palatası (3/75 faiz), 5-ci təsnifat inzibati vəzifələrə Sumqayıt Apellyasiya Məhkəməsi (10/11.76 faiz), 6-cı təsnifat inzibati vəzifələrə Bakı Ağır Cinayətlər Məhkəməsi (19/16.38 faiz), 7-ci təsnifat inzibati vəzifələrə Qida Təhlükəsizliyi Agentliyi (60/18.13 faiz) aparıb.

Bundan başqa, 2024-cü il ərzində dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin dövlət orqanlarında vakant analoji vəzifələrə təyinatları ilə bağlı Mərkəz tərəfindən mütəmadi işlər görülüb. Belə ki, dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlar, eyni zamanda, müsabiqə və ümumi müsahibəyə çıxarılması məqsədilə Mərkəzə təqdim edilmiş vakant vəzifələr üzrə araşdırmalar aparılıb, ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin müsahibə elanına çıxarılmış və ya Reyestr vasitəsilə müəyyən edilmiş vakant analoji vəzifələrə təyinatları ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici 2024-cü il ərzində qeydə alınıb. Belə ki, 505 ehtiyat kadr 14-ü məhkəmə orqanı, 10-u yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 60 dövlət orqanında 506 vakant vəzifəyə təyin edilib. Daha öncəki ən yüksək göstərici 2023-cü ildə (366) qeydə alınıb. Müsbət haldır ki, müsabiqə nəticəsində ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər arasında dövlət qulluğu vəzifələrinə təyinat daha yüksəkdir. Belə ki, qeyd olunan əsasla ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2023-cü ildə 263 analoji vəzifələrə təyin edilibsə, 2024-cü ildə bu say 30.41 faiz artaraq 343 vəzifə təşkil edib. Ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyinat aparan dövlət orqanları arasında Maliyyə Nazirliyi (72 /14.22 faiz), İqtisadiyyat Nazirliyi (56 /11.06 faiz), Elm və Təhsil Nazirliyi (55 /10.86 faiz) ilk yerləri tutur.

Göründüyü kimi, Mərkəz Azərbaycan Respublikasının dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi və dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə cavab verməsi məqsədilə öz fəaliyyətini daim dəyişən və inkişaf edən dövrün müasir çağırışlarına uyğun həyata keçirir.

Bir daha dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edir, onlara dövlətə və vətəndaşlara xidmət yolunda müvəffəqiyyətlər arzulayıram.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb