Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq
Bakı, 3 may, AZƏRTAC
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkəti “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.