Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət Ağcabədidə özəl sektorun inkişafını sürətləndirmişdir

Ağcabədi, 13 yanvar (AZƏRTAC). Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində ölkənin hər yerində davamlı sosial-iqtisadi tərəqqiyə nail olunmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası müstəsna rol oynayır.

Aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikanın digər regionlarında olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlmiş, sahibkarlığın inkişafında uğurlar qazanılmış, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların həcmi çoxalmış, yeni istehsal, emal və xidmət obyektləri tikilmiş, yeni iş yerləri açılmışdır. Rayonda özəl sektorun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə məhsul istehsalını artırmış, bir sıra ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə imkan yaratmışdır.

Rayonda özəl sektorun və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsində genişmiqyaslı güzəştli kreditlərin verilməsi mühüm rol oynayır. Son 10 ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 392 sahibkara 24,1 milyon manat güzəştli kredit verilmişdir. Hazırda rayonda iqtisadiyyatın bütün sahələri üzrə 4460-dan çox sahibkarlıq subyekti fəaliyyət göstərir.

Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, son illərdə Ağcabədi rayonunun Ağabəyli kəndində 250 ton sutkalıq istehsal gücünə malik “Atena” süd emalı kombinatı, 5000 ton tutumu olan taxıl anbarı, 3000 başlıq “Aqat-aqro” iribuynuzlu heyvandarlıq kompleksi, “Gilan Holdinq” şirkətinə məxsus, sutkalıq istehsal gücü 20 ton olan süd zavodu, Xocavənd kəndində illik istehsal gücü 18 min ton olan ət kəsimi kombinatı, Aşağı Avşar kəndində tutumu 1000 ton olan soyuducu anbar kompleksi kimi iri həcmi müəssisələr istifadəyə verilmiş, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır.

Hazırda Rəncbərlər kəndində tutumu 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində illik 7,3 min ton istehsal gücünə malik çörək zavodunun tikintisi davam etdirilir, Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı formalaşdırılır. Bundan əlavə, rayonda sahibkarlar tərəfindən dekorativ plitə istehsalı, plastik və alüminium materiallardan qapı və pəncərə sexləri, mebel, beton istehsalı müəssisələri, qum-çınqıl karxanaları da yaradılmışdır.

Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atılan mühüm addımlardan biri Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 hektar sahədə ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatının yaradılmasıdır. “Qarabağ-Taxıl” MMC tərəfindən yaradılan təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılmış, meliorasiya-irriqasiya işləri, yolların çəkilməsi və enerji təminatı həyata keçirilmişdir. Burada süni yağışyağdırma sistemi quraşdırılmış, təsərrüfatdaxili hərəkət yolları, yeraltı su və elektrik xətləri çəkilmişdir. Əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə xaricdən müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilmişdir. Əraziyə müasir texnika və aqreqatlar vasitəsilə mineral və üzvi gübrələr verilmiş, yüksək reproduksiyalı toxum gətirilərək buğda, qarğıdalı, günəbaxan və soya becərilmiş, istehsalda yüksək məhsuldarlığa nail olunmuşdur.

Rayonda sahibkarlığa dövlət qayğısının təzahürü olaraq yaradılan istehsal müəssisələrdən biri “Atena” süd emalı kombinatıdır. 2011-ci il mayın 6-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş və həmin vaxtdan da istehsala başlamış bu nəhəng müəssisənin gündəlik emal gücü 250 tondur. Layihənin gerçəkləşməsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunmuşdur. Layihənin həyata keçirilməsi üçün dünyanın lider şirkətləri ilə əlaqə qurulmuş və müqavilələr bağlanmışdır. Dünya süd texnologiyasında istifadə olunan ən yüksək standartların tətbiq edildiyi kombinatda mükəmməl laboratoriya sistemi qurulmuşdur ki, burada 108 növ laborator təhlil və analiz aparmaq mümkündür.

Müəssisə süd istehsalında tamamilə yeni “ESL” adlanan texnologiya ilə işləyir. Yaxın vaxtlarda burada orqanik süd məhsullarının istehsalı da nəzərdə tutulur. Hazırda kombinatda “Atena” markası ilə 50-dək çeşiddə süd məhsulları istehsal olunur. Həmin məmulatlar paytaxt Bakıda və respublikanın bütün bölgələrində yüksək keyfiyyəti ilə əhalinin rəğbətini qazanmış və geniş alıcılıq qabiliyyətinə görə qonşu dövlətlərdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflətmişdir.

“Atena” süd kombinatının fəaliyyətə başlaması Ağcabədi rayonunda kəndli təsərrüfatının da inkişafına təkan vermişdir. Təsadüfi deyildir ki, öz məhsullarını maneəsiz və əlverişli qiymətə satmaqda marağı olan kiçik fermerlər təsərrüfatlarını genişləndirmişlər ki, bu da əhalinin rifahının yaxşılaşdırılması üçün mühüm amillərdən birinə çevrilmişdir. Ağcabədidə və qonşu rayonların kəndlərində yaradılmış süd qəbulu məntəqələrində hər gün 2 mindən çox ailə-kəndli təsərrüfatından 30 tondan artıq süd qəbul edilir.

Prezident İlham Əliyevin “Atena” süd kombinatının açılış mərasimindəki tövsiyələrinə uyğun olaraq Ağabəyli kəndində 3 min başlıq heyvandarlıq kompleksi yaradılmışdır. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı - avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemi və s. ilə təchiz edilmişdir. Kompleksdə istehsal edilən süd “Atena” süd kombinatının xammala tələbatının təmin edilməsində mühüm rol oynayır.

Ağcabədi rayonunda sahibkarlar tərəfindən həyata keçirilən ən iri layihələrdən biri də Cəfərbəyli kəndində yaradılan ölkə üzrə ilk böyük keçi təsərrüfatıdır. Tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisə “BMS Aqro” MMC tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilmiş, sağımxananın inşası başa çatmışdır. Daha 2 fermada tamamlanma işləri aparılır. Təsərrüfat ən müasir ferma avadanlığı - avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemi və s. ilə təchiz edilmiş, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” və “Alpin” cinslərindən olan 1330 baş keçi gətirilmişdir. Yaxın günlərdə daha 800 baş keçi alınacaqdır.

Göründüyü kimi, sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində bölgələrdə özəl sektorun inkişafı üçün əlverişli mühit formalaşmışdır. Regionlarında sahibkarlar tərəfindən iri istehsalat müəssisələrinin yaradılması ölkədə uğurla reallaşan iqtisadi siyasətin məntiqi nəticəsidir.

 

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər