Azərbaycanda ilk dəfə fridayvinq üzrə yarış keçirilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda ilk dəfə üzgüçülüyün fridayvinq növü üzrə “Aquatic Palace Open Cup 2022” yarışları keçirilib.
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, federasiyanın, Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Özbəkistandan 23 idmançı (4 qadın, 19 kişi) iştirak edib.
Turnirə Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilib. Yarışın qaydalarına əsasən, idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparıblar. Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri qazanıblar. Sonraki iki yeri kişilərdən Eldar Qadirov, Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutublar.
Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]