AZƏRBAYCANDA İNDİYƏDƏK QUŞ QRİPİ XƏSTƏLİYİNƏ TUTULAN VƏ BU SƏBƏBDƏN VƏFAT EDƏN YOXDUR
Məlumatda bildirilir ki, fevralın 12-də saat 20.00-da Pirallahı qəsəbəsindəki ailələrin birindən 2 uşaq - İnarə və Tükəzban Qasımova bacıları yüksək hərarət, kataral əlamətlərlə 7 nömrəli yoluxucu xəstəliklər xəstəxanasına qəbul edilmişlər. Aparılmış müayinə və epidemik sorğu nəticəsində xəstələrin quşlarla təmasda olmadıqları və quş əti yemədikləri müəyyənləşdirilmişdir. Xəstələrdə kəskin yoluxucu virusun əlamətləri də müəyyən edilməmişdir.
Həkimlərin apardığı müalicə nəticəsində hər iki xəstənin vəziyyəti yaxşılaşmışdır. Uşaqlar atalarının təkidi ilə evə aparılmışdır. Buna baxmayaraq, xəstələr üzərində həkim nəzarəti davam edir. Xəstəxananın baş həkiminin verdiyi məlumata görə uşaqların sağlıq durumu normaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]