Azərbaycanda keçirilən parlament seçkiləri İtaliya mətbuatının da diqqətindədir
Roma, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri İtaliya mətbuatının da diqqətindədir.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı xəbər portalları seçkilərlə bağlı statistik məlumatların əks olunduğu, həmçinin son vaxtlar Azərbaycanda aparılan islahatlarla bağlı məlumatlar yayırlar.
Məlumatlarda seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilərin də izlədikləri, seçki məntəqələrində 1000 veb-kameranın quraşdırıldığı bildirilir.
Xəbərlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyevin ölkəmizdə aparılan islahatlarla bağlı fikirlərinə də yer verilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma