Azərbaycanda kolbasa məmulatları istehsalı 12 faizdən çox artıb
Bakı, 29 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda kolbasa məmulatları istehsalı 1467,5 ton və ya 12,2 faiz artaraq 13 min 459,9 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 ton və ya 43,4 faiz azalaraq 26 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə kolbasa məmulatları istehsalı 11 min 992,4 ton, hazır məhsul ehtiyatı isə 45,9 ton təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]