Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti açıqlanmışdır
Bakı, 4 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yaymışdır.
Departamentdən AZƏRTAC-a bildirmişlər ki, ölkə ərazisində anomal soyuq, şaxtalı hava şəraiti davam etmişdir. Fevralın 3-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olmuşdur. Bakıda və Abşeron yarımadasında minimal temperatur 7, Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil etmişdir.
Gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakıda və Abşeron yarımadasında qar (0.0-2.0 millimetr) yağmışdır. Düşən yağıntının miqdarı Lerikdə 9.0, Rvarudda (Lerik) 3.0, Biləsuvar, Lənkəran, Astara, Yardımlı və Göytəpədə 0.0-1.0 millimetr olmuşdur.
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 19-67, Kiçik Qafqazda 7-13, Böyük Qafqazda 25, Qazax-Gəncə bölgəsində 2-6, Mərkəzi Aran rayonlarında 3 santimetrə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]