“AZƏRBAYCANDA QİYMƏTLİ KAĞIZLAR BAZARININ İNKİŞAFI”
Konfransda qeyd olunduğu kimi, Avropa Birliyinin maliyyələşdirdiyi və “Securite Research Associates” (SRA) Təşkilatının həyata keçirdiyi “Qiymətli kağızlar bazarının inkişafı” layihəsinə uyğun olaraq, AB qiymətli kağızlar bazarının inkişafı sahəsində Azərbaycana yardım edir. 2003-cü ilin payızından bəri ölkənin maliyyə bazarı öyrənilir, Azərbaycanın qiymətli kağızlar bazarının mütəxəssisləri, bu qurumun və Bakı Fond Birjasının nümayəndələri, eləcə də fond bazarının brokerləri və peşəkar iştirakçıları üçün seminarlar və treninqlər keçirilir. Bakı Fond Birjasının texniki sisteminin təkmilləşdirilməsinə də yardım göstərilir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev bildirmişdir ki, Azərbaycanda qiymətli kağızlar bazarı sabit inkişaf edir və indi əsas məqsəd xarici bazarlara inteqrasiyadan ibarətdir.
Konfransda qiymətli kağızlarla ticarət metodları, sərmayədarlarla münasibətlər, korporativ idarəetmə məsələləri, maliyyə alətləri, fyuçerslər, opsiyonlar kimi fəaliyyət istiqamətləri də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]