Azərbaycanda televiziya proqramlarının məzmununa görə bölgüsü açıqlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Audiovizual Şura 2023-cü ilin noyabr ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgüsünü açıqlayıb.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan verilişləri əhatə edib. Bu müddət aralığında yayımlanan verilişlər içərisində informasiya və analitik proqramların efirdə payı 25 faiz təşkil edib. Həmçinin reklam və sponsor təqdimatları 16,60 faiz, idman proqramları 15,30 faiz, musiqi və əyləncə janrında olan proqramlar 12,1 faiz, mədəni-maarif janrında proqramların isə efirdəki yeri 9,70 faiz təşkil edib. Məzmun bölgüsündə ən az paya malik olan proqramlar isə 0,4 faizlə uşaq proqramları olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]