Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib

Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 32995:2025 “Toxuculuq məmulatları. Elektrostatik sahə gərginliyinin ölçülməsi metodu” yeni dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartının qəbulu toxuculuq məmulatlarında elektrostatik sahənin gərginliyinin ölçülməsi metodunu müəyyən etmək və daha yüksək keyfiyyətli məhsulların istehsalı məqsədini daşıyır.
Sözügedən standart “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, sözügedən dövlət standartı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında” milli texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad standartı kimi qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [21:23]
ADY-ın “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib
- 19.06.2025 [20:11]
Şəhid övladları üçün ödənişsiz ingilis dili kursu təşkil edilib
- 19.06.2025 [19:36]
Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdaşlığı müzakirə olunub
- 19.06.2025 [19:25]
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib
- 19.06.2025 [18:16]