Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb
Bakı, 14 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artıb.
ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 16,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]