Azərbaycandakı palçıq vulkanlarının püskürməsi ilə bağlı araşdırmalar aparılır
Bakı, 5 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu respublika ərazisindəki palçıq vulkanlarının püskürməsi ilə bağlı araşdırmalarını davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədqiqatlar zamanı cərəyan edən geoloji proseslər müəyyənləşdirilir, fəallıq daha dəqiq ölçülür, həmçinin seysmik fəallığın bu vulkanlara necə təsir etdiyi də öyrənilir. Tədqiqatlar Abşeron, Qobustan və Şamaxıda yerləşən palçıq vulkanlarını əhatə edir. Araşdırmaların nəticələri yanvarın ortalarında məlum olacaqdır. Daha sonra Geologiya İnstitutu tərəfindən sönmüş vulkanların 3D modelinin yaradılması planlaşdırılır.
Bundan əlavə, Azərbaycanın palçıq vulkanlarının atlası da hazırlanır. Atlas 2013-cü ilin əvvəlində elektron formatda dərc olunacaqdır. Yeni atlasda tektonik və geoloji xəritələr, profillər, kosmik fotoşəkillər və digər məlumatlar öz əksini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]